Dövlət Gömrük Komitəsinin sədri Astarada vətəndaşları qəbul etmişdir

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev avqustun 30-da Astara Rayon Mədəniyyət Evində vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda cənub bölgəsində yerləşən rayonlardan - Astara, Lənkəran, Masallı, Lerik və Yardımlıdan olan vətəndaşların müraciətləri dinlənilmişdir.

Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, Astara Gömrük İdarəsinin fəaliyyəti, qonşu İran İslam Respublikasından gətirilən mallar, sahibkarlıq fəaliyyəti və digər məsələlərlə bağlı olmuşdur.

Komitə sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını vermişdir.

Qəbulda qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmışdır.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata  alınaraq, aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.