«Azərbaycan Respublikasının «Şərəf» və «Dostluq» ordenlərinin təsis edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

 

"Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 16 fevral tarixli 248-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 213) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "Şərəf" ordeninin təsviri"ndə:

1.1.  1-ci maddənin üçüncü cümləsindən "qızıldan" sözü çıxarılsın;

1.2.  2-ci maddədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin;

1.3.  3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"3.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.";

1.4.  3.3-cü maddədə "1 mm x 15 mm olan" sözləri "37 mm x 10 mm olan 2 ədəd" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

"Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli tünd qırmızı rəngli dairəvi element mövcuddur.".

2.  Həmin qanunla təsdiq edilmiş "Dostluq" ordeninin təsviri"ndə:

2.1.   1-ci maddənin ikinci cümləsindən "tutqun sarı rəngli" sözləri çıxarılsın;

2.2.  1-ci maddənin dördüncü cümləsində və 3.1-ci maddədə "bayrağının" sözündən əvvəl "Respublikasının Dövlət" sözləri əlavə edilsin;

2.3.  2-ci maddədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin;

2.4.  3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"3.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilir.";

2.5. 3.3-cü maddədə "bayrağının rənglərini əks etdirən, 1 mm x 15 mm olan" sözləri "Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd" sözləri ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda cümlələr əlavə edilsin:

"Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən dairəvi element mövcuddur."

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2013-cü il

Azərbaycan.-2013.- 3 dekabr.- S. 4.