Azərbaycan müstəqil siyasət yürüdür

 

Prezident İlham Əliyev Vilnüs sammitində

bu siyasəti bir daha dünyaya nümayiş etdirdi

 

 

Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammiti mühüm nəticələrlə yadda qaldı. Sammit çərçivəsində mühüm görüşlərin keçirilməsi və imzalanan sənədlər ölkəmizin Avropa ölkələri ilə perspektiv əməkdaşlığının fundamental əsaslar üzərində qurulduğunu bir daha sübuta yetirdi.

Sammitdə ən yaddaqalan hadisələrdən biri Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması oldu. Bu isə təkcə şengen vizasının alınmasının sadələşdirilməsi baxımından yox,  həmçinin, Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması baxımdan da olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bu addım gələn ildən etibarən qüvvəyə minəcək.

Onu da əlavə edək ki, NATO-nun baş katibi Anders Foq Rasmussen "Şərq tərəfdaşlığı" sammitinin yekunları ilə bağlı bəyanatla çıxış edib. A. F. Rasmussen zirvə toplantısının yekunlarını alqışlayaraq Azərbaycan, Gürcüstan və Moldovanı suveren seçimləri ilə əlaqədar təbrik edib. Bildirib ki, imzalanan sazişlər islahatları, ticarəti və humanitar əlaqələri gücləndirəcək. Razılaşmalar Avropada azadlıq, sabitlikinkişafa töhfə deməkdir: "Mən "Şərq tərəfdaşlığı" proqramını alqışlayıram, biz siyasi assosiasiyaiqtisadi inteqrasiya prosesini inkişaf etdirəcəyik. NATO bu məqsədləri bölüşür və təhlükəsizlik sahəsində əməkdaşlıq və tərəfdaşlıq yolu ilə dəstəkləyir".

Söz yox ki, bu, Azərbaycan diplomatiyasının növbəti uğurudur və dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü, düşünülmüş siyasət nəticəsində qazanılan hər bir uğur ölkə ictimaiyyəti tərəfindən birmənalı şəkildə qarşılanır.

Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı hesab edir ki, bu hadisə ilə Azərbaycan Prezidenti İlham Əliyev dünyaya ölkəmizin qəti mövqeyini nümayiş etdirib: "Vilnüs sammitində Prezident İlham Əliyev bir daha Azərbaycan siyasətinin müstəqil olduğunu dünyaya çatdırdı. Azərbaycanın mövqeyini qəti şəkildə ifadə etdi. Azərbaycanın xarici siyasətinin özəlliyi nədir? Azərbaycanın xarici siyasətinin ən böyük özəlliyi bu siyasətin müstəqil olmasındadır. Azərbaycanın xarici siyasətinin konseptual əsasları var. Ulu öndər Heydər Əliyevdən başlanan bu əsaslar, bu siyasət bu gün çox uğurla daha yeni formada davam etdirilməkdədir".

Deputat eyni zamanda Azərbaycan diplomatiyasının Vilnüs sammitindən qalibiyyətlə ayrıldığını vurğuladı: "Bu müstəqil bir siyasətdir. Müstəqil siyasətin fəlsəfəsində həm də müstəqil iqtisadi siyasət və müstəqil qərarların qəbul edilməsi dayanır. Vilnüs sammitində Prezident İlham Əliyev bir daha bu siyasətin mahiyyətini və keyfiyyətini nümayiş etdirməli oldu. Mən hesab edirəm ki, Vilnüs sammitində Azərbaycan diplomatasiyası çox gərgin mübarizə şəraitində gedən politik dartışmadan uğurla və qalibiyyətlə çıxdı". Onun sözlərinə görə, sammit çərçivəsində iki mühüm tədbir keçirilib. Bunlardan biri sənədlərin imzalanması, digəri isə plenar iclas idi. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində 10-a yaxın görüş keçirib. Təbii ki, bu görüşlərin özüçox böyük əhəmiyyət kəsb edir. Burada bütün dövlətlərin rəhbərləri Azərbaycanla əməkdaşlığı çox uğurlu proses hesab edirlər.

"Vilnüs sammitində Azərbaycanın yeganə ölkə olaraq Avropa İttifaqı ilə yalnız tərəf müqabili kimi razılaşmaya şərtsiz imza atması dövlətimizin, Prezdentimizin güclü iradəsindən xəbər verir". Bu fikirləri isə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov söylədi.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 5 dövlətin birgə malik olduğu ticarət dövriyyəsindən artıq ticarət dövriyyəsi var: "Bu gün Azərbaycanın Avropa İttifaqı ilə 30 milyarddan artıq dəyəri olan müxtəlif layihələri var. Bu layihələr ilə əlaqədar olaraq Azərbaycan Avropa İttifaqı ilə ancaq tərəf müqabili kimi çıxış edir".

Deputat qeyd etdi ki, Avropa İttifaqı vahid dövlət sisteminə çevrilməyə doğru gedir, ona görə də bəzi dövlətlər müstəqilliyinin bir hissəsindən keçərək bu qurumun tərkibinə daxil olurlar ki, bunun da öz səbəbi var: "Azərbaycan isə istər NATO, istərsə də Avropa İttifaqı kimi qurumlarla üzv kimi yox, tərəfdaş kimi müstəqil fəaliyyət göstərmək xəttini götürüb. Bu balanslaşdırılmış siyasətin də əsası ulu öndər  Heydər Əliyev tərəfindən qoyulub, indiPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizim kimi kiçik dövlətlərə nəzər salsanız görərsiniz ki, bu cür məqamlarda belə müstəqil siyasət yürütməyimiz Azərbaycan Prezidentinin qətiyyətinin nəticəsidir. Fikir verin, bizim kimi ölkələrin çoxu açıq şəkildə bəyan edirlər ki, onlara qarşı təzyiqlər varbu təzyiqlərə dözə bilmirlər. Amma bu təzyiqlərin iki, hətta üç dəfə artığı bizə var, ammaqorxuruq, nə də çəkinirik. Bərabər tərəfdaşlıq əsasında xalqımızın, dövlətimizin maraqlarını təmsil edirik".

S.Novruzov onu da bildirdi ki, Azərbaycan Avratlantik məkanla mütəmadi olaraq əməkdaşlıq edib. Ona görə də Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı sazişin imzalanması təqdirəlayiqdir. Deputatın fikrincə, bundan sonra Azərbaycan vətəndaşları üçün yeni imkanlar açılacaq.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 3 dekabr.- S.6.