«Üzümçülük və şərabçılıq haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 1, maddə 3; 2003, ¹ 1, maddə 15, ¹ 12 (I kitab), maddə 674; 2005, ¹ 4, maddə 278; 2007, ¹ 5, maddə 397, ¹ 10, maddə 938; 2008, ¹ 12, maddə 1044) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.0.3-cü maddəyə "dözümlü" sözündən sonra "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin;

2. 6.1-ci maddəyə "əkin materialları" sözlərindən əvvəl "genetik modifikasiya olunmamış" sözləri əlavə edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2013-cü il

Azərbaycan.-2013.- 4 dekabr.- S. 2.