Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana

 

 

Əlahəzrət!

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik günü münasibətilə SiziSizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi

qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 29 noyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.1.