III «Şərq tərəfdaşlığı» Sammiti: nəticələr və perspektivlər

 

Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması bu qurumla əməkdaşlığın uğurlu inkişafını göstərdi

 

 

Avropa strukturlarında təmsilçilik, ölkənin gələcəyinin sivil bir Avropa ölkəsi kimi qurulması Azərbaycan Respublikasının qarşıya qoyduğu əsas məqsədlərdən biridir. Ölkəmizin strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin respublikamızla siyasiiqtisadi münasibətləri inkişaf etdirmək marağını artırır.

Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitimühüm nəticələrlə yadda qaldı. Azərbaycan da daxil olmaqla, altı ölkəni əhatə edən "Şərq tərəfdaşlığı" Polşaİsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş təşəbbüsüdür. Xatırladaq ki, "Şərq tərəfdaşlığı" Sammiti ilk dəfə 2009-cu ilin mayında Çexiyanın paytaxtı Praqada keçirilmiş, ikincisi isə 2011-ci ilin sentyabrında Varşavada təşkil edilmişdir.

Sammit çərçivəsində mühüm görüşlərin keçirilməsi və imzalanan sənədlər ölkəmizin Avropa ölkələri ilə perspektiv əməkdaşlığının fundamental əsaslar üzərində qurulduğunu bir daha sübuta yetirdi. Vilnüsdə Prezident İlham Əliyevin Fransa Respublikasının Prezidenti Fransua Olland ilə görüşü oldu. Görüşdə Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, energetika və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq bildirildi. Fransa Prezidenti Fransua Olland Azərbaycanın əldə etdiyi iqtisadi uğurların ölkəsində maraqla izləndiyini vurğuladı. Fransa şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi qeyd edildibu fəaliyyətin gələcəkdə də genişləndiriləcəyinə əminlik ifadə olundu. İkitərəfli əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın olduğu bildirilən görüşdə Azərbaycan ilə Fransa arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində inkişafının əhəmiyyəti qeyd edildi. Prezidentlərin görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin İspaniya Krallığının Baş naziri Mariano Rahoy Brey ilə görüşü də ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bir daha təsdiqlədi. Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulandı. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və digər sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edildi.

Sammit çərçivəsində ən yaddaqalan hadisələrdən biri Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması oldu. Sazişi Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus və təşkilatın genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle imzaladılar. Saziş Şengen vizası almaq üçün tələb olunan 60 avronun 30 avroya endirilməsini, vizanın verilməsi üçün tələb edilən günlərin və sənədlərin sayının azaldılmasını nəzərdə tutur. Sazişə əsasən, Azərbaycan vətəndaşlarının, xüsusilə çox səyahət edənlərin qısamüddətli viza əldə etmələri daha asanucuz başa gələcək. Qısamüddətli viza - 90 gündən çox olmayaraq Aİ ərazisində qalmağa icazə verən vizadır. Çox səyahət edən müəyyən vətəndaşlara müvafiq şərtlər daxilində üzv dövlət tərəfindən 1 ildən 5 ilədək çoxgirişli viza veriləcək. Bundan əlavə, diplomatik pasport sahibləri Aİ daxilində vizasız səyahət edə biləcəklər. Sazişə əsasən, viza üçün müraciət edən müəyyən kateqoriyalı vətəndaşlar, o cümlədən rəsmi nümayəndə heyətinin üzvləri, jurnalistlər, 12 yaşdan kiçik uşaqlar, təqaüdçülər, tədqiqatçılar və tələbələr viza haqqının ödənilməsindən azaddırlar. Məlumat üçün deyək ki, viza rejiminin sadələşdirilməsi haqqında sazişreadmissiya sazişi eyni gündə qüvvəyə minəcək.

Readmissiya haqqında saziş Aİ-yə üzv ölkələrdə və üçüncü dövlətlərin ərazisində qeyri-qanuni şəkildə yaşayan vətəndaşların nə zaman və hansı qaydada geri göndərilməsinin vəzifə və prosedurlarını müəyyən edir. Readmissiya sazişinin icrası insan haqları haqqında Avropa Konvensiyasında göstərilən müddəalar əsasında həyata keçiriləcək. Aİ artıq 11 ölkə ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalayıb.

Sammit çərçivəsində Prezident İlham Əliyevin Estoniya Respublikasının Baş naziri Andrus Ansip ilə görüşüoldu. Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edildi. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulandı və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olundu. Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın digər sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirildi.

Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünü dəstəkləyərək bu proqramda yaxından iştirak edir. "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində yaradılan Parlament Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq əlaqələri də uğurla inkişaf etməkdədir. Bakıda Avropa Parlament Assambleyasının (PA) ikinci sessiyasının keçirilməsi də deyilənlərə əyani sübutdur. Məlumat üçün bildirək ki, Avronest PA-nın birinci sessiyası bu qurumun təsis olunduğu Belçikada keçirilmişdir. Sessiyada Avropa İttifaqının 15 ölkəsindən 200-dək nümayəndə, o cümlədən deputatlar, ictimai xadimlər, Avropa Parlamentində təmsil olunan siyasi partiyaların təmsilçilərinin iştirak etməsi tədbirin mühüm əhəmiyyət daşıdığını bir daha təsdiqləmişdir.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncamı respublikamızın sözügedən təşkilatla əlaqələrinin daha da gücləndirilməsi, Avropa İttifaqının Azərbaycan üzrə fəaliyyət planının işlənib hazırlanması və həyata keçirilməsi üzrə səmərəli işin təmin edilməsi məqsədini qarşıya qoyur. Sərəncamda təşkilatla siyasi, iqtisadi, nəqliyyat və enerji, hüquqi, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar, elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qruplarının yaradılması nəzərdə tutulur.

2006-cı ilin noyabrında Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir. Avropa İttifaqı 2007-2013-cü illəri əhatə edən yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı üçün büdcəsindən 11 milyard 181 milyon avro dəyərində vəsait ayırıb. Bu vəsait Avropa İttifaqının qonşu dövlətlərlə qarşılıqlı əməkdaşlığı möhkəmlətmək üçün milli və beynəlxalq proqramların həyata keçirilməsinə xərclənəcək. Sənəddə Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub.

Fəaliyyət planında hər bir tərəfin mövqeyinə uyğun genişmiqyaslı islahatlar da öz əksini tapıb. Belə ki, Azərbaycan Respubilkası Avropaya inteqrasiya yolunda iqtisadisiyasi sahədə qanunvericiliyini təkmilləşdirməlidir. Sənədin Qafqazdakı münaqişələrin həllində, həmçinin Dağlıq Qarabağ probleminin çözülməsində əhəmiyyətli rol oynayacağı istisna olunmur. Bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizlik, strateji sabitlik, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəd Avropa Birliyinin qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını ortaya qoyur. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.

Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanları açır.

 Rəsmi Bakı ötən 10 ildə beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya vermiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir. Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi ölkəmizə olan marağı artırmaqdadır. Məhz bu reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasiiqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.-1 dekabr.-S.1.