«Azərbaycan Respublikasının «Hərbi xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının "Hərbi xidmətlərə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 759 nömrəli Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, ¹ 23-24, maddə 682; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 141; 2004, ¹ 5, maddə 312) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "Hərbi xidmətlərə görə" medalının təsviri"ndə:

1.1.  birinci hissədə "35 mm" sözləri "36 mm" sözləri ilə, "girdə" sözü "dairəvi gümüşü" sözləri ilə əvəz edilsin;

1.2.  üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin;

1.3.  dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Açıq qəhvəyi rəngli xara lentin sağsol kənarlarında 1 mm enində açıq boz rəngli zolaq vardır. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü gümüşü rəngli təbəqə bərkidilmişdir.";

1.4.  beşinci hissədə "üzərində ayparaulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "Hərbi xidmətlərə görə" medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 30 sentyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.3.