«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 739-IVQD nömrəli Qanununun tətbiqi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Azərbaycan

Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 739-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 739-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;

2. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 25 noyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.4.