«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 6, maddə 452) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" Azərbaycan Respublikasının yubiley medalının təsviri"ndə:

1.1. birinci hissədə "milli" sözündən əvvəl "mərkəzində aypara və səkkizguşəli ulduz olan" sözləri əlavə edilsin,  "35 mm" sözləri "36 mm" sözləri ilə əvəz edilsin;

1.2. dördüncü hissədə "səthlidir," sözündən sonra "medalın seriyası və nömrəsi qeyd olunmaqla," sözləri əlavə edilsin;

1.3. beşinci hissədə:

1.3.1. birinci cümlədə "27 mm x 43 mm" sözləri "37 mm x 50 mm" sözləri ilə əvəz edilsin;

1.3.2. ikinci cümlədə "3 mm enində yaşıl, 4 mm enində göy, 1 mm enində və mərkəzdə 10 mm" sözləri "4 mm enində yaşıl, 7 mm enində göy, 2 mm enində və mərkəzdə 11 mm" sözləri ilə əvəz edilsin;

1.3.3. hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

"Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.";

1.4. altıncı hissədə "27 mm x 9 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 30 sentyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.4.