Müasir Azərbaycan: gələcəyə addımlar

 

Respublika əhalisi hakimiyyəti üçüncü dəfə

 Prezident İlham Əliyevə etibar etmişdir

 

 

Rusiyanın "Veçerniy Peterburq" qəzetinin 3 dekabr tarixli nömrəsində Anna Neştatskayanın "Müasir Azərbaycan: gələcəyə addımlar" sərlövhəli məqaləsi dərc olunmuşdur. AzərTAc həmin məqaləni təqdim edir.

2013-cü il oktyabrın 9-da Xəzər sahilində yerləşən müstəqil Cənubi Qafqaz respublikasının ərazisində növbəti Prezident seçkiləri keçirilmişdir. Seçkilərdə millət ali siyasi mandatı yenidən görkəmli dövlət xadimi İlham Əliyevə etibar etmişdir.

Bu seçim, necə deyərlər, göydəndüşmə və təsadüfi deyildi. Hər bir dövlətin həyatında əlamətdar tarixlər vardır. Suveren Azərbaycana gəldikdə 3 mühüm mərhələni xüsusi xatırlatmaq lazımdır. Birincisi, 1991-ci ilin oktyabr ayında Cənubi Qafqazdakı bu sovet respublikası müstəqillik və beynəlxalq hüquq səlahiyyəti əldə etdi. İkincisi, 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev vətəndaşların fəal dəstəyi ilə hakimiyyətə gəldi və üçüncüsü, 2003-cü ilin oktyabr ayında gənc və enerjili rəhbər İlham Əliyev hakimiyyət estafetini qəbul etdi. 2013-cü ilin oktyabr ayında baş verən hadisə bu nəticəni yalnız təsdiqləyir.

 

 

 

Beynəlxalq nüfuz

 

 

 

Düz on il əvvəl, 2003-cü il oktyabrın 15-də demokratik seçkilərin gedişində İlham Əliyev müstəqil Azərbaycanın rəhbəri oldu. Seçicilərin 76 faizindən çoxu ona səs verdi. Dövlət başçısının fəaliyyət xətti Azərbaycan xalqının səmimi rəğbətini qazandı. Sonuncu seçki kampaniyasının nəticələri də bunu inandırıcı şəkildə təsdiqləyir.

Yeni lider xarici siyasətə xüsusi diqqət yetirdi. Bu siyasətin çox böyük rolu başqa amillərlə yanaşı, həm də Dağlıq Qarabağda çoxdan davam edən ağrılı problemin - Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməmiş olması ilə bağlı idi. Azərbaycan rəhbəri obyektivprinsipial bir məqamı nəzərə aldı: zəngin neftqaz ehtiyatlarına malik olan Azərbaycan Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşir, bəzən dünyanın aparıcı dövlətlərinin mənafeləri burada qarşılaşır və ya toqquşur. Buna görə də güclüinkişaf etmiş Azərbaycan beynəlxalq sabitliyinregional tərəqqinin ciddi və uzunmüddətli amilidir.

Ümummilli lider Heydər Əliyev hələ 1990-cı illərdə demişdir ki, suverenlik hərtərəfli düşünülmüşölçülüb-biçilmiş xarici siyasət tələb edir. Azərbaycan bu müdrik məsləhətə əməl edərək onu regionun dominant dövlətinə çevirmiş praktiki yol ilə irəliləyir, indi onun səsi BMT-nin və müxtəlif beynəlxalq forumların kürsüsündən eşidilir. Məsələn, 2012-ci ilin yanvar ayında Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmuşbu hadisə müstəqilliyin 20 illiyi ilə eyni vaxta düşərək gənc respublikanın yeni rolunu və xidmətlərini təsdiqləmişdir. Azərbaycan Rusiya ilə xeyirxah əlaqələri, İlham Əliyev ilə Vladimir Putin arasında dostluq münasibətləri ilə fəxr edir.

 

 

 

İqtisadiyyat hədəf və vasitə kimi

 

 

İnkişaf haqqında mühakimə yürüdərkən onun əsasını təşkil edən təsərrüfat mövzusuna toxunmaq zəruridir. Azərbaycan rəhbərliyi hələ 1990-cı illərin sonunda uzun bir dövr üçün nəzərdə tutulan möhkəm neft-qaz strategiyasının əsasını qoymuşdur. 2005-ci ildə 3 dövlətin - Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi uğurla başa çatdırıldı. Artıq 2006-cı ilin mayında bu kəmərlə nəql edilən neft Türkiyənin Ceyhan limanına çatdı. Yanacaq tədarükü (ildə 50 milyon tona qədər) bir sıra ölkələr və iqtisadiyyatlar üçün müstəsna əhəmiyyət kəsb edir.

2013-cü ilin iyun ayında həqiqətən, tarixi əhəmiyyət kəsb edən daha bir seçim edildi. Prezident Xəzərin "Şahdəniz" yatağından çıxarılan qazın nəql edilməsinin Azərbaycan üçün ən əlverişli variantı üzərində dayandı. Söhbət Türkiyə və Yunanıstan sərhədlərindən İtaliyaya qədər uzanan Transadriatik qaz  kəmərindən gedir. Bu magistralın çəkilməsinə təqribən 40 milyard dollar vəsait ayrılacaqdır. Bundan sonra isə həmin magistralı TANAP Transanadolu boru kəməri ilə birləşdirmək nəzərdə tutulmuşdur. 2019-cu ildən etibarən bütün Avropa bazarlarına birbaşa qaz göndərilməsi imkanı yaranacaqdır.

İstehsal sektoru da güclənir. Ənənəvi xammal bloku kimi bu sektor da güclü maliyyə axınlarından bəhrələnir. Onların təxminən yarısını xarici sərmayə qoyuluşları təşkil edir. Azərbaycanın valyuta ehtiyatlarının həcmi 50 milyard dollara bərabərdir və ölkə xarici borcdan asılı deyildir. Son 10 ildə ümumi iqtisadi vəziyyət 3,4 dəfə yaxşılaşmışdır. 1,2 milyon yeri yaradılmış, işsizlik göstəricisi isə əmək resurslarının ümumi həcminin 5 faizi səviyyəsinə enmişdir.

 

 

 

İrəliyə baxanda

 

 

Prezident Əliyev və onun məsləkdaşları əmindirlər: gələcəyə inamlı sıçrayış etmək üçün respublika tabeliyində olan 80-ə yaxın inzibati rayonun və şəhərin hər birini dəstəkləmək lazımdır. Buna görə də regionların inkişafına yönəlmiş proqramlarkonsepsiyalar qəbul edilmişdir. Azərbaycanda yerli təbii ehtiyatlardan əyalət mərkəzlərinin xeyrinə istifadə edilir, işsizliyi azaldan sexlər və istehsalatlar açılır, İşsizlik göstəricisi faktiki olaraq sıfıra endirilmişdir. Əməkhaqları və pensiyalar artırılır, kiçikorta sahibkarlıq inkişaf edir. Elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılır, sənaye müəssisələri və yaşayış evləri qazlaşdırılır. Bütün bu proseslərin nəticəsi kimi Rusiyaya miqrantlar axını xeyli azalır və hətta əksinə, onlar Rusiyadan doğma yerlərinə qayıdırlar.

Ölkənin üzləşdiyi ciddi vəzifələr "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasında əks olunmuşdur. Əsas məqsəd qlobal modernləşmə layihəsidir. Bu layihənin sayəsində Azərbaycan 8 il ərzində dünyanın ən çox inkişaf etmiş dövlətləri klubuna daxil olmalı, şaxələndirilmiş iqtisadiyyata, demokratik siyasi sistemə və humanist sosial həyat quruluşuna malik olan rəqabətə davamlı dövlətə çevrilməlidir.

Başqa ölkələrlə mənəvi əlaqələr də inkişafa  şərait yaradır. Hələ 2010-cu ilin yanvar ayında rusiyalı dostların köməyi ilə Bakı Beynəlxalq Humanitar Forumu təsis edilmişdir. Bu diskussiya məkanında ictimai həyatın kəskin mövzuları müzakirə edilir. Forumun daimi həmsədrləri prezidentlər İlham Əliyev və Vladimir Putindir. Təxminən bir ay bundan əvvəl Bakıdakı Heydər Əliyev Mərkəzində üçüncü bu cür konqres keçirilmişdir. Həmin forumda nüfuzlu ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları və Neva sahillərindən gəlmiş qonaqlar iştirak etmiş, müasir həyatın ən mühüm problemlərini müzakirə etmişlər.

 

 

 

Dağlıq Qarabağ münaqişəsi

 

 

Uğurlara və qələbələrə baxmayaraq, çoxdan davam edən Qarabağ böhranı yenə inkişaf yolunda ağrılı bir nöqtə kimi qalır. Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağona bitişik 7 rayon hələ də qonşu Ermənistan tərəfindən işğal altındadır. Azərbaycan bu münaqişənin dinc yolla aradan qaldırılmasına çalışır, lakin o, öz ərazilərinin işğal edilməsi ilə heç vaxt razılaşmayacaqdır. Bu məsələ mütəmadi olaraq siyasiinformasiya-analitik müstəvidə qaldırılır və dünya ictimaiyyəti faktiki hadisələrin əsl mənzərəsini, habelə hər iki tərəfin tonallığa görə əsla üst-üstə düşməyən yanaşmalarını yaxşı təsəvvür edir.

Azərbaycan diplomatik yolla - Minsk qrupu çərçivəsində fəaliyyət göstərir, münaqişəni çoxdan bəri müzakirə olunan baza prinsipləri əsasında nizamlamağı arzu edir. Prezidentlərin və xarici işlər nazirlərinin görüşləri olmuşdur, lakin ciddi qarşıdurmanın mənbəyini aradan qaldırmaq mümkün olmamışdır. Bununla belə, Azərbaycan ümidini itirmir, bunu həm özünün inadkarlığı ilə, həm də beynəlxalq vasitəçilərin pozitiv iştirakı ilə əlaqələndirir. Başlıca məsələ zamanın sınağından çıxmış varislik kursunu qoruyub saxlamaqdır. Bu kurs isə Prezident İlham Əliyevin fəaliyyəti ilə ayrılmaz şəkildə bağlıdır.

 

Azərbaycan.-2013.- 5 dekabr.- S.3.