«Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)» Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

 "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının 2008-ci il 2 dekabr tarixli 726-IIIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 1,  maddə 4) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsviri"ndə:

1.1. birinci hissədə "lövhədən" sözü "xara lentdən" sözləri ilə əvəz edilsin;

1.2. ikinci hissədə  "35 mm" sözləri "36 mm" sözləri ilə əvəz edilsin;

1.3. dördüncü hissədə "həkk" sözündən əvvəl ", medalın seriyası və nömrəsi" sözləri əlavə edilsin;

1.4. beşinci hissə aşağıdakı redaksiyada verilsin:

"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent yeddi şaquli zolağa bölünmüşdür. Xara lentin mərkəzində yerləşdirilmiş və üçdə iki hissəsini təşkil edən tünd göy zolaq aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişir. Lentin qalan üçdə bir hissəsinin yarısı sol, yarısı isə sağ tərəfdə yerləşir və hər ikisi çəhrayı rənglidir. Çəhrayı rəngli zolaqların hər birinin mərkəzdəki zolağa yaxın hissəsində şaquli gümüşü rəngli nazik zolaq təsvir edilmişdir. Xara lentin altüst hissələrinə 40 mm x 5 mm ölçüdə təbəqələr bərkidilmişdir, alt təbəqənin üzərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.";

1.5. altıncı hissədə "27 mm x 9 mm" sözləri "37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 30 sentyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.4.