Azərbaycan müstəqil siyasət həyata keçirir

 

Vilnüsdə keçirilən Avropa İttifaqının III

 "Şərq tərəfdaşlığı" sammiti bunu bir daha təsdiqlədi

 

 

 

Dövlətlərin inkişaf səviyyəsini, nüfuzunu, beynəlxalq etimadını və bu kimi digər xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər ölkə dünya birliyini subyektiv olaraq həm özünün milli maraqlarına cavab verən və həm də müstəqil siyasət həyata keçirmək istəyir. Məhz bu kontekstdən yanaşaraq deyə bilərik ki,  yerləşdiyi regionun lider dövləti olan Azərbaycanın həm də beynəlxalq birlikdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbul edilən reallıqdır.

Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür ki, bunlardan ən başlıcası Azərbaycanın yeritdiyi müstəqil siyasətdir. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz təsdiqini və dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, sosial-iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərinin məhz dialoq və əməkdaşlıq üçün açıq oldğunu birmənalı şəkildə elan etməsi bu barədə kifayət qədər aydın fikir yeritməyə əsas verir.

Lakin təcrübə göstərir ki, bəzi dövlətlər, xüsusən, Ermənistan kimi forpost statusu daşıyan ölkələr dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdurlar. Belə ölkələrin siyasi hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı baxışları, həm də daxili həyata hesablanmış addımları mütləq vassallığında olduqları dövlətlərlə razılaşdırılır. Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, daxili iqtisadiyyatın aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmamasını təsdiqləyən faktorlardır.

Bu günlərdə Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" sammiti də iştirakçı dövlətlərin yeritdiyi siyasətin mahiyyətini ortaya qoydu. Bir daha aydın oldu ki, Ermənistan kimi dövlətlər siyasi boyunduruq altındadır. Bu mənada prezident S.Sarkisyanın Vilnüsə səfəri adi turizm gəzintisi kimi  bir şey idi və ermənilər bu sammitdən heç nə ilə faydalana bilmədilər. Azərbaycana gəldikdə isə artıq uzun illərdir ki, bütün dünyanın qəbul və etiraf etdiyi bir reallıq növbəti dəfə öz təsdiqini tapdı. Bütün dünya bir daha gördü ki, Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun olaraq dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasiiqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Və nəinki  qurur, o cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə qaldırır.

Sammitdə Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsini nəzərdə tutan sazişin imzalanması Azərbaycanın növbəti uğuru kimi həm də həyata keçirilən müstəqil siyasətin göstəricisidir. Çünki bu sammitdən əvvəl müxtəlif proqnozlar, təhlillər irəli sürülürdü. Lakin aydın oldu ki, Azərbaycan heç bir dilemma qarşısında deyil və ölkə rəhbərliyinin Aİ ilə münasibətlərdə heç bir tərəddüdü yoxdur. Viza rejiminin sadələşdirilməsini nəzərdə tutan saziş isə Azərbaycan dövlətinin və onun vətəndaşlarının maraqlarına uyğundur. Nəzər yetirsək görərik ki, saziş Şengen vizası almaq üçün tələb olunan məbləğin yarıyadək endirilməsini, vizanın verilməsi üçün tələb edilən günlərin və sənədlərin sayının azaldılmasını nəzərdə tutur. Sazişə əsasən, Azərbaycan vətəndaşlarının, xüsusilə, çox səyahət edənlərin qısamüddətli viza əldə etmələri daha asanucuz başa gələcək. Qısamüddətli viza - 90 gündən çox olmayaraq Aİ ərazisində qalmağa icazə verən vizadır. Çox səyahət edən müəyyən vətəndaşlara müvafiq şərtlər daxilində üzv dövlət tərəfindən 1 ildən 5 ilədək çoxgirişli viza veriləcək. Bundan əlavə, diplomatik pasport sahibləri Aİ daxilində vizasız səyahət edə biləcəklər. Sazişə əsasən, viza üçün müraciət edən müəyyən kateqoriyalı vətəndaşlar, o cümlədən rəsmi nümayəndə heyətinin üzvləri, jurnalistlər, 12 yaşdan kiçik uşaqlar, təqaüdçülər, tədqiqatçılar və tələbələr viza haqqının ödənilməsindən azaddırlar. Məlumat üçün deyək ki, viza rejiminin sadələşdirilməsi haqqında sazişreadmissiya sazişi eyni gündə qüvvəyə minəcək.

Readmissiya haqqında saziş Aİ-yə üzv ölkələrdə və üçüncü dövlətlərin ərazisində qeyri-qanuni şəkildə yaşayan vətəndaşların nə zaman və hansı qaydada geri göndərilməsinin vəzifə və prosedurlarını müəyyən edir. Readmissiya sazişinin icrası insan haqları haqqında Avropa Konvensiyasında göstərilən müddəalar əsasında həyata keçiriləcək. Aİ artıq 11 ölkə ilə viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş imzalayıb.

Göründüyü kimi, bu saziş Azərbaycanın maraqlarına tam uyğundur və ölkə vətəndaşlarının Aİ ölkələrinə səfərləri zamanı viza məsələlərini sadələşdirir və asanlaşdırır. Bu sazişin imzalanması təbii ki, Azərbaycanın konseptual əsasları olan, diktə altında olmayan siyasi kursuna əsaslanır. Ulu öndər Heydər Əliyevdən başlanan bu siyasət bu gün çox uğurladaha yeni formada davam etdirilməkdədir. Buna nümunə kimi Prezident İlham Əliyev tərəfindən Vilnüs sammitində Azərbaycanın qəti mövqeyinin və siyasətinin müstəqil olmasının bütün dünyaya nümayiş etdirilməsini göstərmək olar. Müstəqil siyasətin fəlsəfəsində həm də müstəqil iqtisadi siyasət və müstəqil qərarların qəbul edilməsi dayanır. Odur ki, Azərbaycanda dövlət adından qəbul edilən bütün qərarlar yalnız və yalnız Azərbaycan dövlətinin özünün müstəqil qərarlarıdır. Ölkəmizin sosial, siyasi, iqtisadi həyatına kiçicik bir məsələnin diktə edilməsi Azərbaycan dövləti üçün qəbulolunmazdır. Bu mənada Azərbaycan diplomatiyası Vilnüs sammitindən qalibiyyətlə ayrıldı. Xatırladaq ki, "Şərq tərəfdaşlığı" Vilnüsdə başa çatan zirvə görüşünün yekun bəyannaməsində iştirakçılar Cənub dəhlizi layihəsi çərçivəsində  "Cənubi QafqazTransadriatik qaz kəmərlərini modernləşdirmək", habelə "Aİ ilə Xəzər regionunu birləşdirən yeni infrastruktur yaratmaq" niyyətini təsdiq ediblər və Avropanın enerji ehtiyatları təchizatçısı kimi Azərbaycanın strateji rolunu xüsusi vurğulayıblar.

Azərbaycan müstəqil siyasət yürüdür. Vilnüs sammitində Prezident İlham Əliyev bir daha bu siyasətin mahiyyətini nümayiş etdirdi. Beləliklə, həm ölkəmizin tərəfdaşlarına, qonşularına, həm də Cənubi Qafqazda maraqları olan ölkələrə bu siyasət tam aydındır. Azərbaycan heç vaxt elə bir bəyanat verməyib, yaxud elə bir seçim etməyib ki, sonradan ondan imtina etsin. Bu mənada Azərbaycanın yeritdiyibir çox dövlətlərə nümunə olan bu siyasət hər kəs tərəfindən razılıqla, dostlarımız tərəfindən isə həm də alqışlarla qarşılanır.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2013.- 5 dekabr.- S.7.