Ravil ZARİPOV: Prezident İlham Əliyev ölkəyə uğurla rəhbərlik edir

 

Azərbaycan özünü təmin edən ölkədir. Respublikanın inkişafı bizi çox sevindirir. Mən burada beş il əvvəl olmuşam. Bu müddətdə çox böyük inkişaf gedib. İki gün ərzində gördüklərimiz, ölkənin inkişaf dinamikası bizi valeh etdi.

Bu sözləri Rusiya Federasiyası Tatarıstan Respublikasının Baş nazirinin müavini, sənaye ticarət naziri Ravil Zaripov Sumqayıt Texnoparkı ilə tanışlıqdan sonra AzərTAc-ın müxbirinə müsahibəsində söyləmişdir.

O, Sumqayıt Texnoparkı ilə bağlı təəssüratlarını həvəslə bölüşərək demişdir: "Prezident İlham Əliyev ölkəyə uğurla rəhbərlik edir. Onun qeyri-adi bacarığı sayəsində respublika uğurla inkişaf edir. Sumqayıtda yaradılmış supermüasir texnopark bunu parlaq şəkildə təsdiq edir. Burada gördüklərimiz bizi valeh etdi, yüksək texnologiyaya istehsalat mədəniyyətinə malik çoxsaylı sənaye müəssisəsi vahid istehsalat məkanında yerləşmişdir".

R.Zaripov sonra demişdir: "Azərbaycan çox qonaqpərvər insanları olan gözəl ölkədir. İstər dövlət məmurları, istərsə də küçədə sadə insanlarla görüşlər ən gözəl təəssüratlar yaratdı. Biz hər yerdə insanların üzündə təbəssüm gördük".

 

 

Azərbaycan.-2013.- 6 dekabr.- S.2.