Səhiyyə naziri Cəlilabad şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq səhiyyə naziri Oqtay Şirəliyev dekabrın 6-da Cəlilabad rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul etmişdir.

Qəbulda Cəlilabad, Biləsuvar, Masallı, Salyan, Lənkəran, Yardımlı, Cəbrayıl  rayonlarının sakinləri iştirak etmişlər.

Vətəndaşların müraciətləri əsasən ürəkdə cərrahiyyə əməliyyatlarının aparılması, işə qəbul və digər məsələlərlə bağlı olmuşdur.

Müraciətlərin bir çoxu yerindəcə həllini tapmış, digər məsələlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.6.