Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin

 sədri Gəncə şəhərində vətəndaşları qəbul etmişdir

 

Dekabrın 6-da Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov Gəncə, Naftalan şəhərlərindən, eləcə də Göygöl, Samux, Goranboy, Daşkəsən və  Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Gəncə şəhərindəki Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında DTXK-nın müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda bölgədən olan 40-dək vətəndaşın müraciətlərinə baxılmışdır.

Qəbulda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə aid olan bəzi məsələlər yerindəcə həll edilmiş, zəruri araşdırmalar tələb olunan müraciətlər isə nəzarətə götürülmüşdür.

Əsasən pay torpaqlarının bölünməsində buraxılan nöqsanlar, torpaqların sənədləşdirilməsində rast gəlinən süründürməçilik və s. məsələlərdən bəhs edən şikayətləri diqqətlə dinləyən DTXK-nın sədri Qərib Məmmədov qaldırılan məsələlərin həlli üçün müvafiq tapşırıqlar vermişdir.

Vətəndaşlar, ümumilikdə, bu görüşdən razı qaldıqlarını bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.6.