Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

    Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan böyük qürur hissi duyuram.

Meksika Respublikası Senatının və sədrlik etdiyim komissiyanın ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinin və qarşılıqlı anlaşmanın qurulmasına olan marağını bir daha vurğulamaq istərdim. Əmin ola bilərsiniz ki, Meksika Respublikası Senatının xarici məsələlər komissiyasında Azərbaycan Respublikasının çoxlu sayda səmimi dostu vardır.

Bu xoş fürsətdən istifadə edərək zati-alinizə ən dərin ehtiramımı çatdırıram.

Hörmətlə,

 

Qabriela Kuevas Barron,

Meksika Respublikası Senatının xarici məsələlər komissiyasının sədri

Azərbaycan.-2013.-  8 dekabr.- S. 1.