Avropa Parlamentində «Xocalıya ədalət» kampaniyası

 çərçivəsində beynəlxalq konfrans keçirilmişdir

 

Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında "Etnik təmizləmə və insanlıq əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə keçirilən tədbirin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması və Xocalı faciəsinə beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi olmuşdur.   

DƏ-İKGF və Sosial Birlik Naminə Avropa Müsəlmanlarının Təşəbbüsü (EMİSCO) təşkilatı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən tədbirdə Avropa Parlamentinin deputatları, Belçikada akkreditə olunmuş xarici ölkələrin səfirləri, müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.

"Xocalıya ədalət" beynəlxalq kampaniyasının əlaqələndiricisi Sevinc İsgəndərovanın verdiyi məlumata görə, konfransın açılışında çıxış edən Avropa Parlamentinin AvstriyadanBöyük Britaniyadan olan deputatları Karin KadenbaçSajjad Karim bütün dövrlərdə və hər yerdə, xüsusilə də, Xocalıda insanlığa qarşı törədilmiş qətliamların dünyada sülhsabitliyin pozulmasına rəvac verdiyini bildirmiş, bu cür qırğınları bəşəriyyət əleyhinə cinayət kimi dəyərləndirərək pisləmişlər.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı üzrə nümayəndəsi Arif Məmmədov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan artıq azərbaycanlının məcburi köçkünə çevrilməsi barədə məlumat vermiş, xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımının günahkarlarının hələ də cəzasız qaldıqlarını diqqətə çatdırmışlar.

Açılış mərasimindən sonra beynəlxalq konfrans işini panel iclasla davam etdirmişdir.

İclasda Sevinc İsgəndərova tərəfindən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təqdimatı olmuşdur.

Məruzəçilər Jan Mukimbiri, Mark Barvik, Özbil Bıyıklı, Vüsal QurbanovAmir Foratan insanlıq əleyhinə cinayətlərin bütün bəşəriyyətə zərər verdiyini bildirmiş, bu cinayətləri törədənlərin cəzalandırılmasının vacibliyini vurğulamışlar. Onlar Xocalıda törədilən qətliamı pisləmiş, bu faciənin soyqırımı aktı olduğunu bildirmişona Ruandadakı, Srebrenitsadakı, Sudandakı soyqırımılar kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışlar. Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanmış və beynəlxalq təşkilatlara təqdim edilmişdir.

Xatırladaq ki, "Xocalıya ədalət" beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, DƏ-İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Kampaniyanın fəaliyyəti nəticəsində Xocalı qətliamı İslam Əməkdaşlıq Təşkilatı Dövlət Başçıları Şurası və Parlament Assambleyası, həmçinin PakistanMeksika parlamentləri tərəfindən soyqırımı aktı kimi tanınmışdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-7 dekabr.-S.3.