«Azərbaycan Respublikasının «Vətənə
xidmətə görə» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi
barədə» Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli
514-IIQ nömrəli Qanununda dəyişikliklər
edilməsi haqqında» Azərbaycan Respublikasının 2013-cü
il 30 sentyabr tarixli 725-IVQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 725-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. "Azərbaycan Respublikasının dövlət təltiflərinin hazırlanması ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyun tarixli 2855 nömrəli Sərəncamının icrasını "Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 725-IVQD nömrəli Qanununa uyğun olaraq təmin etsin;
2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 noyabr 2013-cü il
Azərbaycan.-2013.- 8 dekabr.- S.2.