Daxili işlər orqanlarının uğurlu fəaliyyətinin müəllifi

 

Müstəqil Azərbaycanın sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ictimai-siyasi sabitliyə əsaslanır. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imicini daha da möhkəmlənmişdir. Ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır.

 

 

 

Böyük himayədar

 

 

 

Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri həyata keçirirlər. Dövlətinə, xalqına və prezidentinə yüksək sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində ləyaqətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla davam etdirirlər.

İqtisadi inkişaf dinamikasına görə dünyada ən yaxşı göstəricilərdən birinə sahib olan Azərbaycan Resrublikasının əldə etdiyi nailiyyətlər yalnız iqtisadi-sosial mahiyyət kəsb etmir. Əslində, bu sektordakı uğurlar məhz ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində düzgün, məqsədyönlü ararılan rroseslərin məntiqi nəticəsidir. Ümummilli lider Neydər Əliyev daim bəyan edirdi ki, əhalinin artan sosial rifahı böyük çətinliklə qazanılan sabitliyin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin fikrincə isə, əgər bu gün ölkəmizin iqtisadi rotensialının artmasının əsas şərti olan sabitlikictimai təhlükəsizlik mövcud olmasaydı, onda hazırkı milli tərəqqidən söhbət gedə bilməzdi.

Bu gün Azərbaycan sabitlikkriminogen duruma nəzarət sahəsində Şərqi Avrora məkanında öncül dövlətlərdəndir. Bu müvəffəqiyyət göstəricisi, şübhəsiz, ulu öndər Neydər Əliyevin fədakar fəaliyyətinin və onun missiyasının layiqli davamçısı Prezident İlham Əliyevin xalqa və dövlətə xidmət siyasətinin əzəmətli tərənnümüdür. Bu nailiyyətlərin qazanılmasında daxili işlər orqanlarının da müstəsna xidmətləri vardı. Azərbaycan rolisi ulu öndər Neydər Əliyevin ölkəni xaosdan, tənəzzüldən xilas edib qurtuluşa araran siyasi xəttinin əsas istinadlarından olmuşdur.bu günPrezident İlham Əliyevin sivil, demokratik, qüdrətli dövlət quruculuğu rrosesində vacib dayaqlarından və fəal icraçılarındandır.

İndi polisin nailiyyət göstəricilərini xatırlatmaq olduqca asandır. Ancaq onların hansı çətinliklər və fədakarlıqlar nəticəsində əldə edildiyini bəzən unuduruq. Ümumiyyətlə, daxili işlər orqanlarının uğurlu fəaliyyətindən danışarkən, bütün fakt və arqumentlər bu prosesdə ulu öndər Heydər Əliyevin müstəsna rol oynadığını tam təsdiqləyir. Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı, sözün tam mənasında, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 60-cı illərinin sonuna yaxın ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə seçilməsi o zaman mənəvi-ideoloji böhran keçirən hüquq-mühafizə orqanlarının, xüsusən də milis orqanlarının fəaliyyətində tamamilə yeni səhifə açmış, ölkədə qanunçuluğunhüquq qaydalarının təminatında bu orqanın imkanlarını genişləndirmişdir. Ulu öndər milis orqanlarının təmizliyinin təmin edilməsi, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi, sıralarının saflaşması və peşəkar kadrlarla təmin olunması istiqamətində mühüm tədbirlər həyata keçirmiş, milislə xalq arasında etimad yaratmağa nail olmuşdur. O illərdə məhz Heydər Əliyevin rəhbərliyi altında milis orqanlarında möhkəm nizam-intizam, yüksək mənəvi-psixoloji durum təmin olunmuş, kadr seçimində əvvəllər yol verilmiş qüsurlar aradan qaldırılmışdır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş, öz tarixinin mürəkkəb dövrünə qədəm qoymuş Azərbaycanda, məlum olduğu kimi, qeyri-sabit ictimai-siyasi vəziyyət, insan hüquqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və s. bu kimi hallar dözülməz həddə çatmışdı. Qanunla nəzərdə tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu yaratmışdı. Ümumi dağıdıcı proseslər daxili işlər orqanlarında da cərəyan edirdi. Əslində, cinayətkarlıqla mübarizə aparmalı, hüquq qaydasını qorumalı olan bu dövlət qurumu siyasi oyunlara cəlb edilmiş, belə anormal vəziyyətə etiraz edən peşəkarlar işdən kənarlaşdırılmışdı. Polisə səriştəsiz, yararsız, onun adına ləkə gətirən, cinayətkarlığa qarşı mübarizədə heç bir təcrübəsi və bacarığı olmayan şəxslər qəbul edilərək rəhbər vəzifələrə irəli çəkilmişdi. Onların arasında qanunlara hörmətsizlik, insanları incitmək və qorxu içində saxlamaq, günahsız vətəndaşlara qarşı silah işlətmək və cinayət törətmək adi hal almışdı. Nəticə etibarı ilə dövlətin digər institutları kimi daxili işlər orqanlarının nüfuzu da heçə enmiş, respublikada cinayətkarlıq kəskin surətdə artmışdı.

Siyasi-kriminal proseslərin kulminasiya nöqtəsinə çatdığı bir zamanda, artıq səbr kasası dolmuş xalq düçar olduğu fəlakətli vəziyyətdən qurtulmaq üçün yeganə ümidgahı Heydər Əliyevə üz tutaraq onu təkidlə Azərbaycana rəhbərliyə dəvət etdi. 1993-cü il iyunun 15-də respublikaya qayıdışı ilə xalqın və ölkənin gələcəyinə görə ağır məsuliyyəti çiyinlərinə götürən Heydər Əliyev qüdrətli və sarsılmaz iradəsi, siyasi uzaqgörənliyi, böyük nüfuzu ilə dağılmaq və az qala tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşmiş müstəqil Azərbaycanı xilas etdi, dövlətə və xalqa qurtuluş gətirdi.

Həmin dövrdə hüquq-mühafizə orqanlarının üzləşdikləri durumun acınacaqlı mənzərəsini Prezident İlham Əliyevin bu sözləri tam aydınlaşdırır: "Hamımız yaxşı xatırlayırıq ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə gələndə ölkədə, böhran hökm sürürdü. Hüquq-mühafizə orqanlarının fəaliyyəti də çox aşağı səviyyədə idi. Peşəkarlıq çox aşağı səviyyədə idi. Ümumiyyətlə, ictimai-siyasi vəziyyət imkan vermirdi ki, hüquq-mühafizə orqanları tam gücü ilə işləsin, Azərbaycan xalqına xidmət etsin. Əksinə, ayrı-ayrı adamlara xidmət edirdilər və bunun nəticəsində Azərbaycan çox çətin vəziyyətlə üzləşmişdi. 1993-cü ildən başlayaraq, ardıcıl siyasət yürüdülərək, Heydər Əliyevin rəhbərliyi altında hüquq-mühafizə orqanları inkişaf etmiş və ən yüksək səviyyəyə çatmışdır".

 

 

 

Dönüş mərhələsi

 

 

Hakimiyyətə gəlişinin ilk günlərindən ümummilli lider qanunçuluq və dövlətçilik prinsiplərini ön plana çəkdi, ölkədə hökm sürən hərc-mərcliyə və özbaşınalıqlara qarşı mübarizənin möhkəm təməlini qoydu. Sözsüz ki, müstəqil Azərbaycanın tarixində Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı. İlk növbədə şəxsi heyətin sıraları təmizləndi, əsl peşəkarlar xidmətə qaytarıldı, ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri olan kadr potensialı, işgüzar ab-hava yaradıldı. Ulu öndərin hakimiyyətə gəlişi ilə kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi.

Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında islahatlara hazırlıq məqsədilə Heydər Əliyev 1994-cü il aprelin 29-da DİN-in məsul işçilərinin iştirakı ilə xüsusi müşavirə keçirərək bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Ulu öndər vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri apararaq Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi. Ümummilli liderin uğurlu kadr siyasətinin bu nümunəsinin seçimi də təsadüfi deyildi. Heydər Əliyev hələ 1993-cü ildə Bakıya ali hakimiyyətə gəldikdən sonra kriminallaşan siyasi avantüristlərin hegemonluğu altına keçmək mərhələsində olan və artıq rəsmi nəzarətdən çıxmaqda olan Naxçıvanda asayişi qorumaq, silahlı bandaları zərərsizləşdirmək, qanunçuluğu təmin etmək kimi çox ağır, taleyüklü vəzifəni məhz polkovnik Ramil Usubova həvalə etmişdi.

Ulu öndər həmin iclasda yeni daxili işlər nazirinin fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi, ən vacibi isə nazirliyin fəaliyyətini şəxsi nəzarətinə götürdüyünü bəyan etdi: "Ramil Usubova tam inanır, Prezident kimi ona etimad göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Mən naziri daim müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll edəcəyəm. E Prezident kimi Daxili İşlər Nazirliyinin şəxsi heyətinə tam inanıram, etibar edirəm, güvənirəm. Hesab edirəm ki, Daxili İşlər Nazirliyində çalışan əməkdaşların tam əksəriyyəti xalqına, torpağına, Vətəninə, müstəqil Azərbaycan dövlətinə sadiq adamlardır, peşəkar təcrübəli işçilərdir. Onların hamısı nazirliyin qarşısında duran vəzifələrin yerinə yetirilməsinə çalışmalıdır. Mən Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarına müraciət edərək onları qrupbazlıqdan, siyasi oyunbazlıqdan əl çəkməyə, öz işlərini ancaqancaq dövlətin mövqeyinə, prisiplərinə əsasən qurmağa çağırıram. Bunların Daxili İşlər Nazirliyi orqanlarında həyata keçirilməsi üçün öz tərəfimdən lazımi tədbirləri görəcəyəm".

Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq, Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Ümumiyyətlə, ümummilli liderin tövsiyələri və göstərişləri, daxili işlər orqanlarına olan etimadı fəaliyyətdə əsas istinadgah kimi qəbul edildi. Heydər Əliyevin misilsiz xidmətləri, böyük dəstəyi sayəsində həlli qeyri-mümkün olan problemlər belə az vaxtda aradan qaldırıldı. Heydər Əliyev 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.

Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən qətiyyətli tədbirlərlə ölkədə sabitlik bərqərar edildi, cinayətklığın artan dinamikasının qarşısı alındı və o, günü-gündən azaldıldı, kriminogen durum tam nəzarətə götürüldü, respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu tədbirlər həyata keçirildi. Bunun bariz göstəricilərindən biri o oldu ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir. Daxili işlər orqanlarını düzgün istiqamətə yönəldən, xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndər nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən Azərbaycan polisionun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Ali Baş Komandanın inamını doğrultdu, ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu.

Cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. 1992-ci ildən 2003-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq isə 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluqsoyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz o cümlədən, bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3,6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3,4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdi. Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçlik bacarığı sayəsində mümkün olmuşdur.

Daxili işlər orqanları fəaliyyətini tamamilə yeni norma və prinsiplər üzərində quraraq dövlətçiliyin, ictimai asayişinqanunçuluğun qorunması üçün böyük fədakarlıqlar göstərmişdir. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişinə cəhdlərin, həmçinin Azərbaycan Prezidentinin fiziki məhvinə yönəlmiş cəhdlərin, digər terror aktlarının və təxribatların qarşısının alınmasında, bu cinayətlərin təşkilatçılarının və icraçılarının tutulub ədalət mühakiməsinə verilməsində daxili işlər orqanları müstəsna fəal mövqe tutmuş, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə, şərəflə gəlmişdilər.

İnsanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. 1994-cü ildən daxili işlər orqanlarında başlamış dönüş mərhələsi yalnız cinayətkarlığa qarşı effektiv mübarizə və krminogen durumun tam nəzarətə götürülməsi işi ilə məhdudlaşmadı, həm də ən vacib sahələrdən biri - şəxsi heyətin mənəvi cəhətdən sağlamlaşdırılması və təmizlənməsi prosesi də vüsət götürdü. Qeyd edilən müddətdə xidməti qəbahətlərə yol verən, polis adına ləkə gətirən, andına xəyanət edən, vəzifə səlahiyyətləri ilə bir araya sığmayan hərəkətlərə yol verən, müxtəlif cinayətlər törətmiş, yaxud da cinayətkarları himayə etmiş 6000-ə qədər əməkdaş daxili işlər orqanlarından uzaqlaşdırılmışdır. Bu illərdə daxili işlər orqanları ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən - müstəqil dövlətin qurulmasının vacib şərti olan ictimai-siyasi sabitliyin yaradılmasının əsas icraçılarından birinə çevrildi.

Əldə edilən nailiyyətləri polisin 80 illiyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə dahi rəhbəri belə vurğulamışdı: "Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur".

Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərancamlar verildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinə yönəlmiş fərman və sərəncamlar imzalandı. Ulu öndər Heydər Əliyev 1998-ci il 24 may tarixli fərmanı ilə 2 iyul tarixini Azərbaycan polisinin peşə bayramı günü elan etdi. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə asayişi mühafizə dəstələrinin yaranması ilə şərtlənir.

Əbədiyaşar liderimiz Heydər Əliyev tərəfindən daxili işlər orqanlarının şəxsi heyətinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün mühüm addımlar atılmışdır. Hələ hadisələrin ən qaynar dövründə - 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə ulu öndər Heydər Əliyev vurğulamışdı ki, "Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır". Bu istiqamətdə ümummilli lider böyük işlər gördü  vətəndaşların, o cümlədən daxili işlər orqanları əməkdaşlarının himayədarı olduğunu konkret qərarları ilə sübut etdi. Prezident Heydər Əliyevin 11 mart 1996-cı il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları 1,2 dəfə, 25 iyul 1997-ci il tarixli sərəncamı ilə müəyyən kateqoriyalı işçilərin vəzifə maaşları 1.5 dəfə, 30 may 1998-ci il tarixli sərəncamı ilə Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları 3,5 dəfə, 17 may 2000-ci il tarixli sərəncamı ilə daxili işlər orqanları əməkdaşlarının rütbə maaşları 2 dəfə, sıravi və kiçik rəis heyətinin vəzifə maaşları 1,5 dəfə, 30 iyun 2003-cü il tarixli sərəncamla isə daxili işlər orqanları əməkdaşlarının və mülki işçilərin aylıq vəzifə və rütbə maaşları 1,5 dəfə artırılmışdır. Bundan başqa, dövlətin Konstitusiya quruluşunun əsaslarının müdafiəsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində xüsusi xidmətlərinə, göstərdikləri igidlik və rəşadətə görə yüzlərlə əməkdaş və hərbi qulluqçu yüksək dövlət mükafatlarına, habelə ali xüsusi rütbələrə layiq görülmüşdür.

Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir çox mühüm qərarlar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğunhüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı, eyni zamanda müvafiq beynəlxalq qurumların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla qəbul edilmiş yeni Cinayət-Prosessual Məcəlləsi, "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar, "Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə bu sahədə mükəmməl qanunvericilik bazası yaratmış, onların uğurla icrası isə nailiyyətlərin əldə olunması üçün hüquqi zəmin rolunu oynamışdır.

 

 

 

Polisin dövlətçilik mövqeyi qətiyyətli və sarsılmazdır

 

 

Ümummilli liderin daxili işlər orqanlarının xidmətlərinə verdiyi yüksək qiymətin məsuliyyətini, eləcə də gələcəyə ünvanlanmış strateji vəzifələr olduğunu aydın dərk edən şəxsi heyət son 10 il ərzində də fədakarlıqla çalışmış, əldə olunmuş uğurları qoruyub-saxlamışdır. Danılmaz faktdır ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, müvəffəqiyyətlə davam etdirdiyi Heydər Əliyev inkişaf strategiyası ölkəmizin iqtisadi potensialını, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, sosial tərəqqiyə xidmət edən mükəmməl proqramların yerinə yetirilməsində böyük uğurlar əldə edilmişdir.

Prezidentin tələbi olan cinayətkarlıqla, transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin daha effektli aparılması, Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması kmi vəzifələr də uğurla həyata keçirilir. Bu mənada, Prezidentin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində DİN-in Daxili Qoşunları da yüksək hazırlıqlı mobil hərbi quruma çevrilmişdir. Hərbi hissələrdə əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, yüksək standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, hərbi şəhərcikləri və s. tikilərək istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları, habelə digər təminat xərcləri ardıcıllıqla artırılmışdır. Dövlət başçısının sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan yüzlərlə əməkdaş dövlət mükafatları ilə təltif olunmuş, ali rütbələrə layiq görülmüşlər.

Bunların nəticəsidir ki, respublikanın daxili işlər orqanlarının fəaliyyət göstəriciləri ildən-ilə yaxşılaşır. Ötən müddətdə bu strukturlar tərəfindən ölkədə asayişin mühafizəsi ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur. Sözsüz ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan, zəruri anda xidməti borcunu hər şeydən, hətta həyatından belə üstün tutan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Azərbaycan polisi fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə qurur və dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.

Artıq həm xalqımız, həm də Azərbaycan Prezidenti daxili işlər orqanlarının şəxsi heyətinə birmənalı inanır və güvənir. Bu ilin 2 iyulunda Azərbaycan Polisinin yaranmasının 95-ci ildönümündə dövlət başçısı İlham Əliyev bu etimadı bir daha bəyan etmişdaxili işlər orqalarının fədakar fəaliyyətini yüksək qiymətləndirərək, onları daim müdaifə edəcəyini demişdir: "Polisə olan hörmət dövlətə olan hörmətdir. Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər. Mən görülmüş bu işləri yüksək qiymətləndirirəm və bilirsiniz ki, polis orqanlarını daim müdafiə edirəm və müdafiə edəcəyəm.

Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma "narıncı inqilab" etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər".

Bəli, Azərbaycan polisi artıq dövlətçilik dəyərlərini hər şeydən üstün tutan, ən ali məqsədi vətənə, xalqa, onun əmin-amanlığına, asayişinə xidmət etmək olan, Heydər Əliyev məktəbini keçən peşəkar hüquq mühafizə orqanı kimi formalaşıb. Bu gün daxili işlər orqanları sözün həqiqi mənasında, ölkəmizin müstəqilliyinin və vətəndaşlarımızın təhlükəsizliyinin etibarlı müdaifəçiləri, ulu öndər Heydər Əliyev kursunun layiqli daşıyıcıları, Prezident İlham Əliyevin uğurlu siyasətinin fədakar icraçıları, dövlətin ən ciddi dayaqlarındandırlar. Daxili işlər orqanlarının şəxsi heyətinin Azərbaycana sədaqətlə xidmət etməsi ənənəyə, hər bir əməkdaşın və hərbi qulluqçunun əqidəsinə çevrilmişdir. Əminik ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özünün zəngin təcrübəsi ilə həmişə olduğu kimi bundan sonra da müstəqil dövləti daha da inkişaf etdirmək kimi milli ideyanın - ulu öndər Heydər Əliyevin əbədiyaşar amallarının həyata keçirilməsinə layiqli töhfələr verəcəkdir.

 

 

 

İxtiyar HÜSEYNLİ,

Azərbaycan.-2013.- 10 dekabr.- S.3.