İKT iqtisadiyyatın inkişafında mühüm yer tutur

 

Son illər beynəlxalq tədbirlərin, forumların, simpoziumların, sərgi və görüşlərin keçirildiyi əlverişli məkana çevrilən paytaxt Bakıda bu günlər daha bir beynəlxalq tədbir gündəmə gəlmişdir. Bakı Sərgi Mərkəzində "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi və konfransı yüksək səviyydə işini başa çatdırmışdır. Qeyd edək ki, ənənəyə çevrilmiş "BakuTel" sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahələrində ən böyük tədbirdir. Sərgidə dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edirdi.

Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil. Dünya birliyinə yaxşı məlumdur ki, Azərbaycan son 10 ildə İKT sahəsində dünya üzrə dinamik inkişaf edən ilk 10 ölkə sırasındadır.

Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev   ölkəmizdə İKT-nin inkişafını da daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı tərəfindən 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi bunun əyani təzahürüdür. "İKT ili"nin ilk əlamətdar hadisəsi "Azərspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması olmuşdur. Ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin fəaliyyəti bu sahəyə göstərilən diqqətin davamlılığından xəbər verir. Yeni yaradılan İnformasiya Texnologiyaları Universiteti də artıq ilk tələbələrini qəbul etmişdir.

Yüksək səviyyədə baş tutan bu sərgi və konfransın "İKT ili" çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş tərkibdə təmsil olunması tədbirin əhəmiyyətini daha da artırır. Ümumiyyətlə, "İKT ili"  "BakuTel-2013" sərgisinin bütün ekspozisiyasında xüsusi olaraq nəzərə çarpmışdır. Sərgiyə marağın artmasını təsdiq edən digər amillər isə ekspozisiya meydançasının 35 faiz genişləndirilməsi, daha çox şirkətin iştirak etməsidir. Sərginin digər fərqləndirici cəhəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə artması  idi. Sərgidə ilk dəfə olaraq "İnnovativ məhsullar və həllər" adlı Azərbaycan milli pavilyonu  yaradılmışdı. Bu pavilyonda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunurdu. Sərgi iştirakçılarına da məlum oldu ki, Azərbaycanda əhalinin 70 faizi  internet istifadəçisidir. Onların 50 faizi genişzolaqlı xidmətlərdən istifadə edir. Mobil rabitədə hər 100 nəfərə 110 mobil abunəçi düşür, 3G və 4G  texnologiyaları tətbiq edilir. Ölkə əhalisi rəqəmsal televiziya yayımı ilə əhatə olunmuşdur. "Elektron hökumət" həllərinin tətbiqi, vətəndaşlara təqdim olunan elektron xidmətlərin sayı və bu xidmətlərdən istifadənin  səviyyəsi artır. Azərbaycan həmçinin bir çox regional layihələrin, o cümlədən İKT sahəsində layihələrin təşəbbüsçüsü kimi çıxış edir. Bu layihələrdən biri - Trans-Avrasiya Super İnformasiya Magistralı-TASİM layihəsi BMT Baş Məclisinin qətnamələri ilə dəstəklənmiş və onun həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Ölkəmizin EPEG layihəsində iştirakı isə  internetə tranzit çıxış imkanlarımızın artması ilə nəticələnmişdir.

"BakuTel-2013" sərgisində ilk dəfə olaraq BMT-nin stendiyer almışdır. Stenddə  BMT-nin İnkişaf Proqramı çərçivəsində dörd sahə üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq layihəsi əksini tapmışdır. Bunlar demokratik idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və böhranların qarşısının alınmasıdır.  Ölkə rəhbəri dekabrın 2-də sərgi ilə tanış olmuş, ona "Dünya Azərbaycanlılarının onlayn Forumu" haqqında ətraflı məlumat verilmişdir. Onlayn konfrans sərgi müddətində davam edəcəkdir. Bunun üçün Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ, Almaniya, Fransa, Hollandiya, Rusiya, Ukrayna və Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının ofislərində xüsusi avadanlıqlar quraşdırılmışdır.

Prezident İlham Əliyev orada onlayn videokonfrans sistemi vasitəsilə Azərbaycan diaspor nümayəndələri qarşısında çıxış etmişxarici ölkə diasporları nümayəndələrinə müraciətlə demişdir: "Siz həmişə bilirsiniz və bilməlisiniz ki, sizin arxanızda güclü, güclənən, inkişafda olan, bu gün dünya miqyasında böyük hörmətə malik Azərbaycan dövləti dayanır. Eyni zamanda, sizin fəaliyyətiniz Azərbaycanın dövlət maraqlarının qorunması baxımından bizim üçün çox vacibdir. Bax, bu birlik bizi daha da gücləndirir.

Bu gözəl elektron xidmət vasitəsilə sizinlə bu gün təmasda olmağımdan çox məmnunam. Sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram".

Sərgidə ölkə əhalisinin 99, ərazisinin isə 92 faizini əhatə edən  Baksel şirkəti müsair mobil kommunikasiya xidmətlərini və geniş çeşiddə məhsulları, həmçinin Sür@  ticarət nişanı ilə 3G mobil internet xidmətlərini istifadəçilərinə təklif edirdi.

Sərgi iştirakçılarına "Delta Telekom" MMC-nin fəaliyyətini əks etdirən pavilyonda məlum oldu ki, regionun ən iri telekommunikasiya operatorlarından olan "Delta Telekom" rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASONGMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan "Delta Telekom" dayanıqlı supermagistrala sahibdirregionun ən iri internet supermagistralı da "Delta Telekom"a məxsusdur.

Sərgidə iştirak edən "AzərFon" MMC 2007-ci ildən fəaliyyət göstərir. Şirkətin brendi olan "Nar mobile" hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. "Nar mobile" Azərbaycanda 3G  xidmətlərini göstərən  ilk mobil operatordur. Şirkət Azərbaycanda İKT sahəsinin inkişafına misilsiz töhfələr verən və ölkədə mütərəqqi mobil texnologiyaları tətbiq edən  ticarət  nişanı kimi tanınmışdır.

Ölkəmizin tarixi nailiyyətlərindən olan "Azerspace-1" ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, "Yüksək Texnologiyalar Parkı"nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativtexnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır. Odur ki, müstəqil Azərbaycan  dünyada İKT sahəsində də təşəbbüskar kimi tanınmaqdadır. Belə ki, ölkəmiz BMT Baş Assambleyasının 67-ci sessiyasında beynəlxalq İKT çağırışlarının həyata keçirilməsi üçün Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı təklif vermişbu təklif bəyənilərək qətnamə qəbul edilmişdir. Məlumdur ki, indiki dövrdə İKT iqtisadiyyatın inkişafında çox mühüm yer tutur. Xüsusilə, real sektorun tərəqqisi üçün İKT həyati əhəmiyyətə malikdir. Bu sahəyə malik olmadan müasir səviyyədə beynəlxalq standartlara uyğun inkişaf mümkün deyil. Buna görə də ölkəmizdə İKT-nin inkişafı prioritet elan olunmuş sahələrdəndir. Dövlət başçısı bu istiqamətdə görülən işlər barədə deyib: "Bəli, bu, hazırda Azərbaycan iqtisadiyyatının inkişafı üçün əsas istiqamətlərdən biridir. Bu sektorun çox böyük perspektivi vardır... Regionlarda informasiya-kommunikasiya texnologiyaları inkişaf edir.

Hazırda biz genişzolaqlı internetin hər bir kənddə tətbiqi üzərində işləyirik. Bu layihəni dövlət maliyyələşdirəcəkdir. Hazırda bu istiqamətdə xeyli görülür. "BakuTel" sərgisinin iştirakçılarının sayı ilbəil artır. Yeni tədqiqatlar üzə çıxır. Biz təkcə neft-qaz əməliyyatlarının, humanitar əməkdaşlığın deyil, eləcə də regionumuzda müasir texnologiyaların mərkəzinə çevrilmək istəyirik".

 

Göründüyü kimi, hər iki sektorda əldə edilən uğurlar ölkəmizin hərtərəfli inkişafına, regionun qüdrətli dövləti, qısa müddətdə dünyanın inkişaf etmiş ölkəsi səviyyəsinə çatmasına möhkəm zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev əldə olunan nəticələr barədə belə deyib: "Son on ildə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf etmişdir. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan, Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir".

Ümumiyyətlə, öz işini yüksək səviyyədə başa vuran "BakuTel-2013" XIX Azərbaycan Beynəlxalq telekommunikasiyainformasiya texnologiyaları sərgisi və konfransında qeyd olunduğu kimi, ölkəmizdə inteqrasiya cəlbediciliyi yaradan ən zəruri şərtlərdən biriquruculuq və abadlıq prosesidir. Bu davamlı, müasir səviyyədə yüksək templi inkişafa isə müasir İKT-yə nail olmadan çatmaq mümkün deyil. Azərbaycan Prezidenti, Azərbaycan hökuməti ölkəmizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə yüksəlmək üçün digər mühüm sahələrlə yanaşı, yeni texnologiyaların inkişafını daim diqqətdə saxlayır.

 

 

 Rəhman SALMANLI

Azərbaycan.-2013.-  8 dekabr.- S.4.