Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə V Beynəlxalq turnirdə Azərbaycan yığma komandası birinci yeri tutmuşdur

 

Dekabrın 8-də Brovarı Ali Bədən Tərbiyəsi Məktəbinin (BABTM) idman kompleksində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş 1997-1998-ci il təvəllüdlü oğlanlar və qızlar arasında sərbəst güləş üzrə V Beynəlxalq turnir uğurla başa çatmışdır.

Xatırladaq ki, artıq ənənəyə çevrilmiş bu maraqlı yarışların təşəbbüsçüsü və təşkilatçısı "Azərbaycançılıq İnstitutu" Beynəlxalq İctimai Təşkilatının prezidenti, Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) Kiyev şəhər təşkilatının sədri, sərbəst güləş üzrə əməkdar idman ustası, Azərbaycanın və keçmiş SSRİ-nin əməkdar məşqçisi Oleq Krapivindir.

İki gün davam etmiş turnirdə BABMT-nin idman kompleksinin tribunaları tamaşaçı ilə dolu idi. Yarışlarda Ukrayna, Azərbaycan, Belarus, Almaniya, Moldova, Rusiya Federasiyası, Rumıniya və Özbəkistanı təmsil edən 235 yeniyetmə oğlan və 126 qız iştirak etmişdir.

Dekabrın 8-də Əfqan Xaşalov (54 kq), Hacımurad Maqomedsaidov (76 kq) və İqbal Hacızadə (100 kq) qızıl medallara layiq görülmüşlər.

Ülkər Babayeva (40 kq) və Pənah İlyaslı (63 kq) gümüş medal, Leyla Qurbanova (52 kq) və Füzuli Hüseynov (54 kq) bürünc medal qazanmışlar.

Azərbaycan yığması bu ciddi və gərgin yarışlarda komanda hesabında birinci yeri tutmuşdur. Gənc idmançılarımızın adlı-sanlı müəllimləri Oqtay HüseynovFirdovsi Ömərov, habelə Nicat Hacıyev, qızların məşqçisi Rövşən Süleymanov, oğlanların məşqçiləri Əsgərxan Novruzov və Rövşən Hacıyevin də bu uğurda payı vardır.

Komanda hesabında ikinci yeri Özbəkistan atletləri tutmuşlar. Belarus Rumıniya idmançıları isə fəxri kürsünün üçüncü pilləsinə qalxmışlar.

Yarışların qaliblərinə mükafatçılarına təltifləri, məşqçilər qərargahına turnirin fəallarına fəxri diplomları qiymətli hədiyyələri Oleq Krapivin, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev, Belarus Azərbaycan İcmaları Konqresinin sədri, sambo cüdo üzrə dördqat dünya çempionu, Belarusun əməkdar məşqçisi Natiq Bağırov, Azərbaycan Daxili İşlər Nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Əkbər Yusifov, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynada hərbi attaşesi, polkovnik  Daşdəmir Məmmədov, Azərbaycan Gənclər İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, UAK-ın Kiyev şəhər təşkilatı sədrinin müavini Firudin Həşimov başqaları təqdim etmişlər.

Oleq Krapivin AzərTAc-a müsahibəsində demişdir:

- Bizim oğlanların qızların uğurlarına görə böyük sevinc qürur duyuram. Biz bir daha sübut etdik ki, Azərbaycanın şanlı güləş ənənələri, bu sahədə böyük xidmətləri vardır. Bu gün estafet etibarlı əllərdədir. Qonaqpərvərliyə turnirin keçirilməsi üçün yaradılan əla şəraitə görə Brovarı Ali Bədən Tərbiyəsi Məktəbinin rəhbərliyinə, xoş məramlarına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsinə səmimi hörmətlərinə görə beynəlxalq yarışların bütün iştirakçılarına təşəkkür etmək istərdim.

Fürsətdən istifadə edib, əziz həmvətənlərimi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etmək istərdim.

Daha bir köhnə bakılı, 30 ildən bəri Kiyevdə yaşayan Ukraynanın əməkdar məşqçisi, yarışların hakimi Pyotr Mişiyev qarşıdan gələn bayram münasibətilə xoş arzularını bildirmişdir. O demişdir:

- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsinə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə Beynəlxalq turnir artıq beş ildir ki, Ukraynada ən nüfuzlu populyar yarışlardan biridir. Yarışların gedişində ciddi seleksiya işi aparılır, istedadlı perspektivli güləşçilər ayrıca qeydə alınır. Mən bir məşqçi hakim kimi deyə bilərəm ki, bu turnir gənc atletlərin uğurlu karyerası üçün bir növ tramplindir. Konkret misal göstərmək istəyirəm. Keçən il bundan əvvəlki, sayca dördüncü yarışlarda ukraynalı Andrey Yatsenko (54 kq) birinci yeri tutmuşdu. Bundan sonra Yatsenko Avropa dünya çempionu olmuşdur.

Həmvətənimiz çıxışının sonunda dedi: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işıqlı xatirəsinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş yeniyetmələr arasında sərbəst güləş üzrə növbəti, VI Beynəlxalq turniri səbirsizliklə gözləyəcəyik".

 

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Brovarı, Kiyev vilayəti

Azərbaycan.-2013.-10 dekabr.-S.12.