Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın

təşəbbüsü Gürcüstanda yüksək qiymətləndirilmişdir

 

Gürcüstanın ekologiya təbii sərvətlərin mühafizəsi naziri Xatuna Qoqaladze azərbaycanlı həmkarına məktub göndərərək IDEA (Ətraf mühitin mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ceyranların Qafqazda tarixən  məskunlaşdıqları ərazilərə reintroduksiyası ilə bağlı gördüyü işlərə görə təşəkkür etmişdir.

AzərTAc xəbər verir ki, Gürcüstanın Ekologiya Təbii Sərvətlərin Mühafizəsi Nazirliyi bu yaxınlarda 10 başdan ibarət ilk ceyran sürüsünün Azərbaycandan Gürcüstana reintroduksiya edilməsini yüksək qiymətləndirmiş əməkdaşlığa görə minnətdarlığını çatdırmışdır.

Xatırladaq ki, Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası layihəsi" çərçivəsində ceyranların mühafizəsi, davamlı inkişafının təmin edilməsi üçün ceyran populyasiyasının vaxtilə mövcud olduğu, lakin insan fəaliyyətinin təsiri ilə nəslinin kəsildiyi tarixi areallarda reintroduksiya metodu ilə bərpası həyata keçirilir.

 

Azərbaycan.-2013.-11 dekabr.-S.6.