Böyük siyasətin uğurlu davamı

 

Azərbaycan sosialiqtisadi tərəqqisinə, rəqabət qabiliyyətliliyinə görə dünya xalqlarının diqqətini cəlb etməkdədir. Belə faktları beynəlxalq   təşkilatlar tərəfindən aparılan müşahidə və sorğular da bir daha sübut edir. Bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən müəyyən edilən böyük siyasətin uğurlu davamından xəbər verir.

 

Lakin dünya ictimaiyyəti bilməli qəbul etməlidir ki, Azərbaycan Respublikası həmin misilsiz uğurları, 1 milyondan artıq qaçqın məcburi köçkünün sosial-iqtisadi problemlərini tənzimləməklə həm özünü Ermənistan dövlətinin riyakar işğalçılıq siyasətindən müdafiə edərək 80 faiz potensialı ilə qazanmışdır. Cəsarətlə demək olar ki, bax, budur Böyük Siyasətin uğurları.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə demişdir ki, ölkəmizin qarşısında duran problemlər mərhələlər üzrə həm çox böyük müvəffəqiyyətlə həll olunur. Lakin biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələlik müharibə yolu ilə deyil, sülh və danışıqlar yolu ilə həll edilməsinə üstünlük veririk.

 

Bu da bir həqiqətdir ki, Dağlıq Qarabağ probleminin tezliklə həlli getdikcə artmaqda olan ümumdünya münaqişələrinin həll edilməsi yollarından keçir. Ona görə də hüquqazidd əməllərin sahibi olan ölkələr ən azı səbəb olduqları itki və tələfatlara görə iqtisadi sanksiyalara məhkumdurlar.

 

Bəli, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çağırışlarına qoşularaq beynəlxalq qiymətləndirici ekspertləri dəvət etməklə Ermənistanın silahlı təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı hər cür itki tələbatların hesablanaraq  qarşı tərəfdən təzminatın tələb edilməsi özü böyük siyasətin uğurlarından biridir.

 

Hər bir ölkənin mövcudluğu sosial-iqtisadi tərəqqisi, şübhəsiz ki, onun daxilində olan ayrı-ayrı vətəndaşların birgə fəaliyyətindən ibarətdir. Əgər hər hansı qanun pozuntusuna görə kimlərsə mühakimə olunursa, deməli, onda beynəlxalq hüquqazidd əməllərə yol verən ölkələrin də daha ciddi cəzalandırılması lazım gəlir. Bunlardan biri də təqsirkar ölkənin qarşı tərəfə vurduğu hər cür zərərə görə təzminatlar ödəməsi üzrə (konpensasiya, restitusiya, satifikasiya, reabilitasiyas. formasında) beynəlxalq qaydaların müəyyən edilməsidir. Belə missiya yalnız xüsusi sertifikata malik olan ekspertlər (qiymətləndiricilər) tərəfindən, həm də "Beynəlxalq Qiymətləndirmə standartları"nın tələblərinə müvafiq olaraq həyata keçirilməli və tətbiq edilməlidir. Fikrimizcə, məsələnin bu cür qoyuluşunu dünya birliyində müdafiə edən hər kəs Nobel mükafatına layiq görülməlidir. Çünki hazırda davam edən və səngimək bilməyən maliyyə-iqtisadi böhranın ən başlıca səbəblərindən biribudur. Azərbaycana gəldikdə isə bu ölkə böhran acınacaqlı təsirindən uzaqdır, onun xalqı və Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq bütün bəşəriyyəti işgüzar əməkdaşlığa "hə", münaqişəyə, müharibəyə, terrora və işğalçılıq siyasətinə "yox" deməyə çağırışlarında davam etməkdədir. Beynəlxalq səviyyədəki belə yanaşmalar ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilən Böyük Siyasətin uğurlu davamı kimi qəbul edilməlidir.

 

Müharibələr, münaqişələr terror aktları nəticəsində baş vermiş itki tələfatlara görə, günahkar tərəfdən təzminatların tələb  edilməsi qaydası beynəlxalq təcrübədə tətbiq olunmaqdadır. Zərər vurulan dövrdə hakimiyyətdə kimin olmasına baxmayaraq, günahkar dövlət zərərçəkənin məruz qaldığı bütün növ itki və tələfatlara görə hüquqisiyasi məsuliyyət daşıyır. Silahlı təcavüzlər nəticəsində əmələ gələn zərərlərin məbləği "Beynəlxalq Qiymətləndirmə Standartları"na uyğun hesablanır. Bu hesablamalar beynəlxalq sertifikatlı mütəxəssislər  və ekspertlər tərəfindən təsdiqlənməklə qüvvəyə minir.

 

Beynəlxalq hüquqdakı təzminatlar barədə müddəalar və XX  əsrdə ayrı-ayrı dövlətlərin təzminat ödəmələri barədəki faktlar Azərbaycan Respublikasına qarşı Ermənistan tərəfindən həyata keçirilən əsassız ərazi iddiaları nəticəsində yaranan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, habelə onun ağır nəticələri və davam etdirilməsi səbəbindən baş verən və ilbəil artan  zərərə görə  Ermənistan dövlətindən Azərbaycanın  təzminat tələb etmək hüququna malik olmasına bir daha əsas verir.

 

1993-cü ilin yayında xalqın tələbi ilə  Azərbaycanda  siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi strategiya təcavüzkar Ermənistanın Azərbaycana qarşı  hərbi işğalçılıq siyasətinin  qarşısının alınması, işğalçı tərəfin ifşa edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, region ölkələrinin kompleks inkişafı üçün məqsədyönlü gedişlərin əsasını qoymuşdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tamamilə yeni bir mənzərə yaratmışdır. Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin bütün istiqamətləri, habelə Azərbaycanın tərəqqisi yolunda qətiyyətli və cəsarətli addımları, dəqiq hədəflərə hesablanmış qərarları Ermənistanın təcavüzkar niyyətlərini ifşa etməkdə, işğalçı tərəfin hüquqaziddböhtanla köklənmiş bütün iddialarını puça çıxarmaqdadır. Dünyadakı mövcud ikili standartların təcavüzkar Ermənistanın maraqlarına uyğun olmasına baxmayaraq, Azərbaycan tərəfinin çevik diplomatiyası bir sıra məqamlarda beynəlxalq təşkilatları və böyük dövlətləri fakt qarşısında qoymuşdur.

 

Ermənistan təcavüzkar siyasətindən rəsmi surətdə imtina etməyənə işğal faktı aradan qaldırılmayana qədər Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinə qarşı öz mövqeyini dəyişməyəcəkdir. Odur ki, dövlətimizin rəhbəri cənab İlham Əliyev tərəfindən təcavüzkar Ermənistanın hərbi işğalı nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı maddi və mənəvi itkilərinin "Beynəlxalq Qiymətləndirmə  Standartları"na uyğun dəyərləndirilməsi, mövcud metodlarla hesablanması və beynəlxalq təşkilatlar qarşısında təqdimatların təşkili ilə bağlı Baş nazir Artur Rəsizadəyə ünvanlanan 23 dekabr 2011-ci il tarixli məktub mühüm əhəmiyyət daşıyır. Bu məktub təcavüzkar Ermənistanın məlum münaqişədə günahkar tərəf olduğunu əsaslandırmaq, Azərbaycana vurulmuş çoxistiqamətli zərərləri hesablamaq, işğalçı tərəfə qarşı iddialar irəli sürməkdən ötrü yeni bir fəaliyyət istiqamətinin yaranması və inkişaf etdirilməsi üçün hüquqi əsas verir. Odur ki, Nazirlər  Kabinetinin bu məktub əsasındakı qəbul etdiyi müvafiq sərəncam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan xalqının pozulmuş hüquqlarının bərpası və qorunması istiqamətində atılmış növbəti rəsmi addımlardan biri kimi qiymətləndirilməlidir. Bütün bu kimi hüquqi əsaslar imkan verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda Azərbaycanın siyasi üstünlüyünü gücləndirmək istiqamətində olduqca cəlbedici və sübutedici faktlar, dərin mülahizələr əsasında işlənib hazırlanmış   yeni bir konsepsiya həyata keçirilsin.

 

Bütün  ölkələrlə bərabərhüquqlu münasibətlərin qorunmasında maraqlı olan Azərbaycan Respublikası müharibə münaqişələrin qarşısının alınmasına, beynəlxalq terrorçuluqla mübarizənin gücləndirilməsinə böyük  töhfələr verməsinə baxmayaraq, ikili standartlardan böyük əziyyət çəkən regionlardan biridir. Odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana vurulmuş zərərin dəqiq, şəffaf və ədalətli hesablanmasının  ortaya çıxaracağı arqumentlər dünyadakı ikili standartların dəf edilməsi üçünvacib olan bir istiqamət kimi özünü doğrulda bilər.

 

Bu, bir həqiqətdir ki, dünyada münaqişələrin sayı ilbəil artır. Ən dəhşətlisi isə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində iki dövlət arasında müharibəyə çevrilmiş bu reallıqların uzun müddət davam etməsidir. Buna baxmayaraq, təcavüzkar tərəf  münaqişə ilə bağlı daim saxta mülahizələr əsasında dünya ictimaiyyətində yanlış rəy formlaşdırmaqda davam edir. Ermənistanda fəaliyyət göstərən "Qaçqınlar və beynəlxalq hüquq" cəmiyyətinin saxta yanaşmaları işğalçı tərəfin uydurma mülahizələr əsasında cərəyan edən fəaliyyətinə bir nümunədir. Təəssüf ki, adıçəkilən cəmiyyətin hesabatında münaqişənin başlanması səbəbi və  günahkar tərəfin kimliyinə rast gəlinmir. Qeyd edə bilərik ki, saxta ittihamlar, həqiqətə uyğun olmayan məqamlar əsasında təqdim olunan hər bir hesabatiddia özlüyündə ümumbəşəri dəyərlərə hörmətsizlik, beynəlxalq hüquq qarşısında məsuliyyətsizlikdir. Bu barədə beynəlxalq səviyyəli qanunlarda hərtərəfli və geniş şərhlər mövcud olmaqdadır. Elə ən sevindiricisi da budur ki, Azərbaycan dövləti tərəfindən aparılan siyasət dünya birliyi xalqları tərəfindən daim alqışlanmaqdadır.

 

Erməni təcavüzkarlığı Ermənistan Respublikasının təcavüzkar siyasəti iki yüz ilə yaxındır ki, Azərbaycan xalqının torpaqlarını, onun maddi qeyri-maddi irsini xəyanət hər cür riyakarlıq hədəfinə almışdır. XX əsrdə Qafqazda mövcud olan bütün münaqişələrin erməni amili özünü büruzə vermiş, hazırda da səbəbkar kimi mövcud olmaqda davam edir.  Ermənistan dövləti Azərbaycana qarşı əsassız ərazi iddiaları qaldırmaqda, bu iddiaları iki xalq arasında münaqişəyə çevirməkdə və  birtərəfli qaydada hərbi təcavüz həyata keçirməkdə təqsirkardır və bütün bu proseslərin ağır nəticələrinə görə məsuliyyət daşıyır.  Eləcə də təcavüzkar dövlət olan Ermənistan münaqişə nəticəsində Azərbaycan və Ermənistanda zərərçəkmiş insanlar qarşısında da hüquqi məsuliyyətə məhkumdur. Çünki münaqişənin yaranması və ağır nəticələrlə başa çatmasında səbəbkardır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 14 dekabr 1974-cü ildə qəbul etdiyi 3314 (XXIX) saylı qətnamənin 5-ci maddəsində  "Təcavüzün tərəfi" anlayışı aydın şəkildə ifadə olunmuşdur. Bu sənəd əsasında da silahlı təcavüz, onun törətdiyi münaqişələr, müharibələr, terror aktları və soyqırımların törədilməsi, eləcə də insanlığa qarşı yönəlmiş bütün cinayətlər habelə bütünlüklə işğalçılıq siyasəti Roma statusunun 5-ci maddəsinə əsasən Beynəlxalq Cinayət Məhkəməsinin yuridiksiyasına aid edilmişdir.

 

Azərbaycan ərazilərinin hərbi işğala məruz qalması, zəbt olunmuş torpaqlardan mənfəət əldə etmək imkanlarının itirilməsi, işğal altında saxlanılan torpaqlarda terrorçu düşərgələrin qurulması, bu ərazilərdə  narkoplantasiyaların  salınması narkodəhliz kimi istifadə edilməsi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi blokadada, firavan həyat tərzinə xidmət edən ərazilərin işğal altında   saxlanılması s. cinayət əməlləri BMT-nin Nizamnaməsinə digər beynəlxalq konvensiyaların  sülh, sabitlik, inkişaf tərəqqiyə qarşı olan  tələbləri ziddiyyət təşkil edir.

 

Bütün münaqişələrdə təcavüzkar və işğala məruz qalan tərəflər var. Əksər hallarda bu münaqişələrin yaranmasında və inkişafında üçüncü tərəf mövcud olur. Üçüncü tərəf həmişə münaqişələri qızışdırmaqla öz maraqlarını təmin edir. Lakin istənilən halda münaqişə iştirakçıları - təcavüzkar və  zərərçəkən  tərəflər böyük tələfatlara və itkilərə məruz qalırlar. Son otuz ilin statistikası göstərir ki,  Yer kürəsindəki millidini zəmində baş vermiş münaqişələrin sayı 10-12 dəfə artmışdır. Təhlillər sübut edir ki, dünyada baş verən münaqişələrin nəticələrinin aradan qaldırılması məqsədi ilə donor ölkələrin göstərdikləri yardımlar, dincməqsədli - tərəqqi və inkişaf layihələrinə sərf olunan məbləğlərdən qat-qat çoxdur. Təcrübə göstərir ki, münaqişələri həll etməyin yeganə yolu dünya birliyinin təcavüzkar tərəfə qarşı sərt mövqe nümayiş etdirilməsi, siyasi-iqtisadi sanksiyaların tətbiqindədir. Əks mövqe  təcavüzkar tərəfi ruhlandırır, münaqişənin həlli uzanır, bütövlükdə münaqişə regionunun inkişafı geriləyir. Buna misal olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticəsini göstərə bilərik. Beynəlxalq dərəcəli ekspertlərin ilkin hesablamalarına görə, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasının ortaya çıxması,  müharibəyə çevrilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri Azərbaycan Respublikasına ümumilikdə 500 milyarddan çox ABŞ dolları məbləğində ziyan vurmuşdur. Eyni zamanda, bu münaqişənin  təcavüzkar tərəfə fayda gətirdiyini düşünmək də əsassızdır. Doğrudur, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini yaradan erməni millətçilərinin bir qismi siyasi hakimiyyət sərvətinə sahib olmuş, digər bir qismi isə işğal olunmuş Azərbaycan ərazilərindəki hər cür varidat növlərini qarət və talanlar hesabına mənfəətlər əldə etmişdir. Lakin məlum münaqişə sıravi ermənilərə yalnız faciə və fəlakət gətirmiş, Ermənistan dövləti isə regiondakı bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalaraq qaçılması mümkün olmayan sosial-iqtisadi böhrana yuvarlanmışdır. Nəticədə isə pis və çətin həyat tərzi, insanların qüzəranının getdikcə ağırlaşması sıravi ermənilərin bu ölkəni tərk etməsinə səbəb olan əsas amilə çevrilmişdir. Bu, bir həqiqətdir ki,  Ermənistan silahlı təcavüz nəticəsində Azərbaycana qarşı hərbi cinayətlər törətmiş, əhaliyə və dövlətə böyük həcmdə maddi və mənəvi ziyanlar vurmuşdur. Beləliklə, işğalçı Ermənistan münaqişənin nəticələrinə görə təkcə Azərbaycan xalqı və onun dövləti qarşısında yox, o cümlədən münaqişədən zərərçəkmiş Qafqaz regionunun qarşısında da hüquqi-siyasi məsuliyyət daşıyır. Odur ki, təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin cinayət tərkibli olması barədə əsaslandırmaların dünya dövlətləri tərəfindən qəbul edilməsinə nail olunmaqla, həm də mühüm  strategiya  kimi tədricən öz həllini tapmağa doğru yönəlmişdir. Bu da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən olunan Böyük Siyasətin uğurlu davamından bir daha xəbər verir.

 

 

 

Xanhüseyn KAZIMLI,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avrasiya Qiymətləndiricilər

Birlikləri Assosiasiyası idarə heyətinin üzvü, iqtisad elmləri doktoru, professor

Azərbaycan.-2013.- 12 dekabr.- S.8.