Sahibkarlığın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır

 

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 10 il keçir.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib.

Azərbaycanın  dövlət müstəqilliyi təhlükə altında olanda, ölkə son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər Heydər Əliyevə müraciət etdionun hakimiyyətə qayıdışını zəruri saydı. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı.

Ulu öndər Heydər Əliyev xalqın itmiş inamını özünə qaytara bildi. Bu yolda gördüyü hər bir işdə xalqa arxalandığını dönə-dönə bildirirdi. Çıxışlarının birində demişdir: "Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır".

Ulu öndər azad sahibkarlığın inkişafına daim diqqət göstərmiş və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirmişdir.

Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznesinvestisiya mühiti yaratmaqla ölkəyə xarici investisiyaları cəlb etməklə, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.

Onun rəhbərliyi altında iqtisadı və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın formalaşmasına güclü təkan vermişdir.

Ölkədə həyata keçirilən iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirməsinə, ölkənin sosial - iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət gayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlmişdir. Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyətli addımlar atılmışdır.

İqtisadiyatın ümumi inkişafı ilə yanaşı ölkənin aqrar sahəsinin də inkişafı daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Hələ, 1994-cü il dekabırın 10-da keçirilmiş "Aqrar islahat: problemlər və onların həlli yolları" mövzusunda beynəlxalq konfrasda çıxış edən ümummilli lider demişdir: "... Biz islahatçı qüvvələrə yol açmalı, islahatları cəsarətlə həyata keçirməliyik. Əsas prinsiplədən biri odur ki, gərək xalqımıza, xususən kasıb təbəqəyə, kəndlilərə, daim torpaqla bağlı adamlara zərər vurulmasın, əksinə, xeyir gətirilsin. İslahatlar yeni sahibkarlar yaradacaq, ancaq aqrar bölmə ilə bağlı hər bir adam öz payını almalıdır. Bu islahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir." Belə də oldu. Ulu öndərin təşəbbüsü ilə "Torpaq islahatları haqqında", "Kolxoz və sovxozların islahatları haqqında", "Aqrar islahatın əsasları haqqında" Azərbaycan Respublikası qanunları qəbul edilmişdir. Bu qanunların icrası ilə bağlı ölkədə aparılan məqsədyönlü aqrar islahatlar nəticəsində 4270 kənddə yaşayan 850 mindən çox ailə torpaq mülkiyyətçisinə çevrildi, bu torpaqlardan səmərəli istifadə olunması üçün onlar dövlət qayğısı ilə əhatə olundular.

Bütün bunlar Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın sürətli iqtisadi inkişafa nail olmasının əyani sübutudur.  Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış  milli inkişaf strategiyası əsasında Azərbaycan sürətli inkişaf yoluna çıxarıldı. Bu inkişaf həyatın bütün sahələrini əhatə edirdi.

Bu proseslərin nəticəsində bank sistemi institusional olaraq genişlənməyə və özəl bankların sayı artmağa başladı.

2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı.

Bank sisteminin bütün istiqamətləri üzrə həyata keçirilən radikal islahatlarinstitusional inkişaf nəticəsində sektorda dərin kəmiyyət və keyfiyyət dəyişiklikləri baş vermiş, xarici bankların Azərbaycana marağı artmışdır.

Bunun bariz nümünəsi kimi Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Respublikasının  və Türkiyə Cümhuriyyətinin iştirakı ilə yaradılmiş, 1995-ci ilin iyul ayında Heydər Əliyevin iştirakı ilə acılışı olmuş "Azər-Türk Bank" Acıq Səhmdar Cəmiyyəti hər iki dövlətin iqtisadiyyatında  körpü rolunu oynayaraq, bu dövlətlərin iqtisadiyyatının inkişafında bu gün də yaxından iştirak edir.

Sahibkarlığın inkişafı istiqamətində 1997-2000-ci illəri əhatə edən dövlət proqramının qəbul edilməsinin xüsusi rolu olmuş, kiçikorta sahibkarlığın inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmişdir. Bu proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafının mühüm şərtlərindən biri olan infrastrukturun formalaşdırılması sahəsində vacib işlər görülmüş, sahibkarlara zəruri texniki yardım - məsləhət, informasiyas xidmətlər göstərən strukturlar yaradılmışdır.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına münbit şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapmışdır. Bu sənədlər bu gün də iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət edir.

Ümummilli liderin yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasına imkan verdi. Ulu öndər bütün daxilixarici təzyiqlərə baxmayaraq, 1994-cü il sentyabrın 20-də ölkəmizin təbii sərvətlərinin, ilk növbədə Xəzərin Azərbaycan sektorundakı neftqaz yataqlarının birgə istismarı sahəsində dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq əlaqələri yaratmağa müvəffəq oldu. Vaxtilə bağlanmış neft müqavilələri müvəffəqiyyətlə həyata keçiriliröz müsbət bəhrəsini verir. Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri ilə çoxşaxəli diplomatik əlaqələr saxlayır, nüfuzlu beynəlxalq təşkilatların, birliklərin iqtisadi və maliyyə qurumlarının üzvü kimi uğurla çıxış edir. Ölkəmizin dünya birliyində nüfuzu gündən-günə artır, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə daha fəal iştirak edir.

1993-cü ildən Azərbaycan iqtisadiyyatına yatırılan sərmayələrin həcminin ilbəil sürətlə artması ölkəmizdə həm daxili, həm də xarici investisiya üçün yaradılan əlverişli mühitin məntiqi nəticəsidir. Xarici investisiyanın ölkəmizə cəlb olunması ümummilli lider Heydər Əliyevin apardığı uzaqgörən siyasət sayəsində mümkün olmuşdur. Ulu öndərin bu sahədə verdiyi tövsiyə və tapşırıqları əldə rəhbər tutularaq xarici investisiya haqqında təkmil qanunvericilik bazası yaradılmışdır. Xarici investisiyaların cəlb olunması və qorunması istiqamətində atılan addımlar Azərbaycanla müxtəliv ölkələr arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında sazişlərin təsdiq edilməsi ilə bağlıdır. Məhz görülən bu tədbirlərin nəticəsidir ki, bu gün  Azərbaycan investisiya cəlb edən ölkədən investisiya qoyan ölkəyə cevrilmişdir.

Ulu öndər Heydər Əliyevin bilavasitə tağşırığı əsasında 1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanmışdır. Bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı hissələri dövlət başçısı yanında dəfələrlə müzakirə edilmiş, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi barədə dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına kömək etmişdir.

Ötən müddət ərzində dövlət nəzarətinin tərkib hissəsi kimi iqtisadi nəzarət sisteminin mühüm elementlərindən biri olan maliyyə nəzarəti sahəsində də ciddi dəyişikliklər baş vermişdir. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dövlətimiz iqtisadiyyata birbaşa müdaxilə etmə siyasətindən imtina edərək, dolayı vasitələrlə tənzimləmə siyasətinə üstünlük vermişdir ki, bunlardan da biri səmərəli maliyyə nəzarəti, o cümlədən vergi nəzarəti sisteminin tətbiq  olunmasıdır.

Müstəqilliyin ilk illərində Ümummilli liderin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi bank sistemində də libaral islahatlara başlandı. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundubank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslərin nəticəsində bank sistemi institusional olaraq genişlənməyə və özəl bankların sayı artmağa başladı.

Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına mühüm şərait yaratdı.

Uğurlu neft strategiyasının məntiqi nəticəsi kimi iri neft gəlirlərinin ölkəyə axınını və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq yeni, 2002-2005-ci illəri əhatə edən inkişaf strategiyasının əsas məqsədini neft gəlirlərinin qeyri-neft sektoruna səmərəli və təhlükəsiz trasformasiyası, əhalinin və regionların bank xidmətlərinə çıxış imkanlarının artırılması və bu əsasda yoxsulluğun azaldılması üçün bank sisteminin maliyyə vasitəçilik funksiyasının inkişaf etdirilməsi, bank sisteminin davamlılığının və etibarlılığının möhkəmləndirilməsi, bank xidmətləri bazarında azadsağlam rəqabət mühitinin təmin edilməsi təşkil edirdi.

Ümummilli lider Heydər Əliyev sahibkarların problemləri ilə müntəzəm maraqlanmış, onlarla mütəmadi görüşlər keçirmiş adamlarını narahat edən məsələlərin aradan qaldırılması sahəsində ciddi tədbirlərin görülməsini tapşırmışdır. Belə görüşlərə nümunə kimi 2002-ci ilin aprel-may aylarında yerlixarici adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, bu inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Sahibkarlara dövlət qayğısının ən yüksək səviyyədə bir daha təsdiqi olan bu görüşlər və onların nəticəsi kimi avqust-sentyabr aylarında imzalanmış çox mühum fərman və sərəncamlar ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafına dövlət nəzarət sisteminin təkmilləşdirilməsinin özünəməxsus rolu olmuşdur. Ilk addım kimi ölkə prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanı göstərmək olar.  Məqsəd iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarət  mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq idi.

Bütün bunlarla yanaşı, hələ də bəzi sahələrdə mövcud olan çatışmazlıqların tam aradan qaldırılması ücün dövlət nəzarəti sahəsində həyata keçirilən islahatların davamlı olmasını zəruri edirdi. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerlixarici adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən su iistifadə halları ilə mübarizənin genişləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman imzalanmışdır.

Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik aktlarında da təkmilləşmələr aparılmışdır. Belə ki, "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli fərmanı ilə ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü sürətdə təkmilləşdirilmişdir. Lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 8 dəfə azaldılaraq 240-dan 30-a endirilmiş, sahibkarların lisenziya almaq mexanizmi xeyli sadələşdirilmiş, lisenziyaların müddəti uzadılmışdır.

  Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurub. Ölkəmizdə yeni tipli iqtisadiyyatın formalaşması prosesi həm də iqtisadi sahədə keçmiş müsbət ənənələrin davam etdirilməsi ilə müşayiət edilir.

Bütün bunlar bir daha təsdiq edir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş yeni iqtisadi siyasət, onun layiqli davamcısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Məhz onun rəhbərliyi ilə Azərbaycan özünün yeni inkişaf dövrünü yaşayır, həyatımızın bütün sahələrində böyük nailiyyətlər qazanılır. Əhalinin yaşayış şəraiti, maddi rifah halı günbəgün yaxşılaşır. Heç şübhəsiz, bütün bunların əsasında ümummilli lider Heydər Əliyevin yaxın və uzaq gələcəyə hesablanmış milli inkişaf strategiyası durur.

Respublikada həyata keçirilən məqsədyönlü islahatlar ölkədə siyasiiqtisadi sabitliyin bərqərar olmasına, sosial-iqtisadi inkişaf meyillərinin möhkəmlənməsinə imkan yaratmışdır. Ictimai həyatın bütün sahələrində dönüş yaranmış, əhalinin maddi rifah halının yaxşılaşmasında nəzərəçarpacaq uğurlar qazanılmış və bunda da təbii ki, sahibkarların rolu danılmazdır.

Ölkədə aparılan sosial-iqtisadi siyasətin strateji məqsədləri bazar münasuibətlərinə və özünü inkişaf qabiliyyətinə malik olan  sosial yönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təcrübəsinə inteqrasiyanın təmin edilməsidir.

Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun, özəl bölmənin, sahibkarlığın  hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elminnovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

  Tarixdə nadir şəxsiyyətlərdən biri kimi iz qoyan ümummilli liderin  xidmətləri və keçdiyi ömür yolu haqqında çox deyilsə də, əsrlər boyu bu mövzuya müraciət olunacaqonun zəngin irsi həmişə dərin, əhatəli, ətraflı elmi əsaslarla öyrənilərək gələcək nəsillərə çatdırılacaqdır. Çünki xarakter, mahiyyət və fəaliyyət etibarı ilə uca olan Heydər Əliyev ancaq vətən, xalq amalı ilə yaşayaraq təkcə Azərbaycanın deyil, bütövlükdə insanlığın həyatında önəmli bir şəxsiyyət olmuşdur. Azərbaycana rəhbərliyinin əsrin üçdə biri qədər dövrünü əhatə edən zaman kəsiyi əbədiyaşar ülu öndər Heydər Əliyev dühasının nümayişi hesab oluna bilər. Bu dövr Azərbaycan xalqının həyatında intibah dövrü olmuşdur. Ulu öndər həmin zaman kəsiyində Azərbaycan xalqının, Azərbaycan torpağının adını bütün dünyada uca zirvələrə qaldırmış və özünün şəxsiyyət bütövlüyü ilə doğma vətəni Azərbaycanı bütövləşdirmiş və hər yerdə onu layiqincə təmsil etmişdir.

Bu böyük şəxsiyyətin - Heydər Əliyevin zəngin irsinə nəzər salarkən  məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli və əzəmətli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyinin son 20 ili ərzində həyatımızın bütün sahələrində əldə olunmuş uğurlar məhz ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının  həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

Heydər Əliyevin  perspektivdə nəzərdə tutduğu iqtisadi ideyalararzular gerçəkləşmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti  Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsil  dövlət idarəciliyi məktəbinə cevrilmişdir. Azərbaycan xalqının hələ necə-necə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin  zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqlar.

Heydər Əliyevin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən Sahibkarlar Konfederasiyası Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsi üçün bundan sonra da səlahiyyətləri daxilində əlindən gələni edəcəkdir. 

 

 

Məmməd MUSAYEV,

Azərbaycan  Respublikası Sahibkarlar (işəgötürənlər)

Təşkilatları Milli Konfederasiyasının prezidenti

Azərbaycan.-2013.- 12 dekabr.- S.11.