Əvəzsiz yadigarlardan biri

 

BDÖZ 35 ildən çoxdur Azərbaycana xidmət edir

 

 

 

Yaşayış binaları, sosial istehsal təyinatlı obyektlər, elektrik stansiyaları, ixrac kəmərləriE Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə tikdirdiyi belə yadigarlar yüzlərlədir.

 

Ümummilli liderin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə araya-ərsəyə gələn, hətta bir çoxlarının yaranması yalnız ulu öndərin mübarizəsi, səyi, nüfuzu sayəsində reallaşan iqtisadi sosial infrastruktur nümunələri bu gün Azərbaycana xidmət edir xeyir-bərəkət gətirir. 

 

Ölkə iqtisadiyyatının inkişafına böyük töhfə verən müəssisələrdən biri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodudur (BDÖZ). Təkcə Azərbaycanda deyil, bütün regionda dərin dəniz özüllərinin inşası ilə məşğul olan yeganə müəssisənin tikilməsinin təşəbbüskarı da ümummilli lider Heydər Əliyev olub. Ulu öndər keçmiş SSRİ-nin rəhbərliyi qarşısında məsələ qaldıraraq belə bir müəssisənin məhz Bakıda tikilməsinə nail ola bilmişdi.

 

Əvvəlcədən nəzərdə tutulduğu kimi, BDÖZ nəinki Xəzər dənizi regionunda, həmçinin keçmiş sovetlər birliyinin digər hövzələrinin şelflərində özüllərin platformaların tikintisini təmin etməli idi.

 

Zavodun tikintisinə 1978-ci ildə başlandı. Əsas texnoloji avadanlıq yükqaldırma mexanizmləri ilə təchiz olunmasında ETPM fransız firması "Demaq" Almaniya şirkəti iştirak etmişlər.

 

Müəssisə tikildikcə ətrafında müvafiq infrastruktur yaradılırdı. Beləliklə, Sahil qəsəbəsində yaşayış evləri, uşaq bağçaları, məktəblər, texniki  peşə məktəbləri ticarət müəssisələri tikildi.

 

1984-cü ilin aprel ayında zavod ildə 60 min ton metal konstruksiyaları istehsal etməklə layihə gücü ilə işləməyə başladı. 1985-ci ildə dərin özüllü platforma üçün birinci dayaq bloku zavodun yanalma körpüsündən daşıma gəmisinə yüklənərək daimi nöqtəsinə göndərildi orada quraşdırıldı. Zavodda işləmək üçün 1500-dən çox yüksək ixtisaslı fəhlə mütəxəssis kadrları hazırlandı.

 

Müəssisənin istehsal gücü çərçivəsində bir sıra məmulat növlərinin buraxılışı nəzərdə tutulmuşdu. Bunlar 25 min tonluq dəniz stasionar platformalarının dayaq hissələri, 30 min tonluq payalar, 5 min tonluq göyərtələr idi.

 

1987-ci ildə BDÖZ-ün əsasında "Şelflayihətikinti" İstehsalat Birliyi təşkil olundu. İstehsalat birliyinin təyinatı Xəzər dənizinin şelf zonasında neft qazın kəşfiyyatının başa çatdırılması hasilatı üçün dərin dəniz platformalarının dayaq hissələrinin hazırlanması idi. Strukturun tərkibinə BDÖZ-dən başqa bir neçə tikinti-quraşdırma, nəqliyyat, energetika idarəsi, təsərrüfat ticarət müəssisələri daxil edildi.

 

2003-cü il yanvarın 24-də ulu öndər Heydər Əliyevin fərmanı ilə müəssisəyə keçmiş adının qaytarılması hamının ürəyincə oldu. Birliyin idarə müəssisələri isə sex kimi BDÖZ-ün tərkibinə daxil edildi.

 

Prezident İlham Əliyevin 2004-cü il martın 10-da imzaladığı  "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" Fərmanı ilə Bakı Dərin Özüllər Zavoduna ulu öndərin adı verildi.

 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun fəaliyyəti çoxşaxəlidir. Müəssisə dənizin 200 metrə qədər olan dərinliyində quraşdırılan  istənilən konstruksiyalı dayaq bloklarını platforma göyərtələrini hazırlamaq  imkanına malikdir. Zavodun sexləri sahə üçün bir sıra zəruri məhsulların  hazırlanmasını təmin edən ən müasir avadanlıqlarla təchiz olunub. Burada eləcə yüksək keyfiyyətli qaynağın aparılması, boruların rənglənməsi digər əməliyyatların həyata keçirilməsi üçün istehsalatlar yaradılıb. İnşa edilmiş nəhəng qurğuların dənizə yola salınması üçün zavodun sahilə yaxın sahəsində müvafiq infrastrukturu var.

 

1994-cü ildə "Əsrin müqaviləsi" imzalandıqdan sonra zavodun üzərinə düşən işlər birə-beş artdı. Həmin vaxtdan bu nadir müəssisə ulu öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi uğrunda əzmlə çalışaraq öz fəaliyyətinin yeni mərhələsini yaşamaqdadır.

 

2001-ci il aprelin 30-da "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsi çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti   Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti arasında birinci faza ("Azəri" yatağının mərkəzi hissəsi) layihəsinin imzalanma mərasimi keçirildi. Ümummilli lider Heydər Əliyev mərasimdə çıxış edərək bu müqaviləni "Əsrin sazişi" imzalandıqdan sonra ən əhəmiyyətli hadisə kimi dəyərləndirdi.

 

Zavodda daha böyük ən müasir platformaların tikintisi vüsət aldı. Bunun üçün müəssisədə geniş yenidənqurma işləri aparıldı.

 

2003-cü il noyabrın 24-də Prezident İlham Əliyev zavodda oldu. Müəssisənin 25 illik yubileyi münasibətilə düzənlənən tədbirin sonunda ölkə rəhbəri jurnalistlərin suallarını cavablandırdı burada zavodun tarixi bir daha xatırlandı, əhəmiyyəti bir daha vurğulandı: "Bu zavod elə-belə zavod deyil, onun yaradılması da tarixi hadisədir. Burada deyildi, əgər 25 il əvvəl bu zavod Azərbaycanda tikilməsəydi, bəlkə bu layihələr belə uğurla həyata keçirilməzdi. İlk növbədə, burada görülən işlərin sürəti azaldılacaqdı, yeddi il yubanma ola bilərdi. Ümumi xərclər 700 milyon dollar arta bilərdi. Əlbəttə, zavodun Azərbaycanda tikilməsi məhz o vaxt Heydər Əliyevin fəaliyyəti nəticəsində olubdur. O vaxt mərkəzi hökumət bu zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Bu gün burada 3500 azərbaycanlı işləyir, yüksək maaş alır... Neft sektoru uğurla inkişaf edir. Neft sektorunda əldə olunan nəticələr ancaq cənab Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Əgər o, gərgin vaxtlarda təşəbbüs, qətiyyət göstərməsəydi, bu layihələr elə layihə olaraq qalacaqdı".

 

Həmin vaxtdan daha 10 il keçir. Başqa sözlə, BDÖZ artıq 35 ildən çoxdur Azərbaycana xidmət edir. Heydər Əliyevin adını şərəflə daşıyan müəssisə böyük nailiyyətlərə imza atıb. Son 10 il ərzində təkcə "Azəri-Çıraq-Günəşli" yataqlarının müqavilə sahəsində 7 platforma quraşdırılıb. Onlardan dördü "Azəri"də, ikisi "Dərinsulu Günəşli"dədir. Sonuncu - "Qərbi Çıraq" isə Xəzərdə quraşdırılıb özünün ilk neftinin yolunu gözləyir.

 

Beləliklə, "Əsrin müqaviləsi"nin "ilkin"i olan 1997-ci ilin noyabrından neft verən "Çıraq" da daxil olmaqla AÇG-nin 8 platforması var. Bu nəhəng qurğuların bəziləri bütövlükdə, bəzilərinin isə xeyli hissəsi BDÖZ- inşa edilib.

 

Əgər xatırlatsaq ki, bu gün Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin dünya bazarlarına ixrac etdiyi neft həmin platformalarda hasil olunur, onda BDÖZ-ün əhəmiyyətini bir daha dərindən dərk edərik. BDÖZ- indiyədək işləyən tanınmış, dünya şöhrətli şirkətlərin nümayəndələri etiraf edirlər ki, əvvəl işlədikləri ölkələrin heç birində belə geniş, möhtəşəm bir istehsalat sahəsi görməyiblər. Bəli, BDÖZ adi bir zavod deyil! Ulu öndərin əvəzsiz yadigarlarından biridir. BDÖZ-ün Azərbaycanın həyatında tarixində öz yeri var!

 

Prezident İlham Əliyevin dediyi kimi:  Bu zavod hələ uzun-uzun illər işləyəcək, Azərbaycan üçün, bölgə üçün, region üçün çox mühüm işlər görəcəkdir!"

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 12 dekabr.- S.13.