Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul etmişdir

 

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. Dünyanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz-2"nin Avropadaregionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edildi.  Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.

2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyinin vurğulandığı görüşdə yarışların yüksək səviyyədə təşkili istiqamətində ölkələrimiz arasında təcrübə mübadiləsi aparılmasının önəmi qeyd edildi.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2013.- 18 dekabr.- S.3.

 AzərTAc