Azərbaycan Prezidenti İlham Əliyev
BP şirkətinin
baş icraçı
direktoru Robert Dadlini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev dekabrın 17-də BP şirkətinin
baş icraçı
direktoru Robert Dadlini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə BP arasında uzunmüddətli
əməkdaşlığın inkişafından məmnunluq
ifadə olundu,
"Şahdəniz-2" üzrə yekun investisiya qərarının Avropanın
enerji təhlükəsizliyinin
təmin olunması və regional əməkdaşlığın
inkişaf etdirilməsi
baxımından önəmi
qeyd edildi.
Söhbət zamanı Azərbaycan Respublikası Dövlət
Neft Şirkəti ilə BP arasında uğurlu əməkdaşlığın
həyata keçirildiyi
vurğulandı, bu əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.-
18 dekabr.- S.4.