Azərbaycan Diplomatik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir

 

Dekabrın 12-də Azərbaycan Diplomatik Akademiyasında (ADA) ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev dahi şəxsiyyət Heydər Əliyevlə bağlı xatirələrini Akademiyada təhsil alan tələbələrlə bölüşmüşdür.

Ulu öndər Heydər Əliyevin ABŞ-a səfərlərindən Birləşmiş Ştatların prezidentləri ilə keçirdiyi görüşlərdən danışan Hafiz Paşayev ümummilli liderin dövlət quruculuğunda əvəzedilməz rolunu vurğulamışdır. Rektor ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin Azərbaycan xalqının inkişafına və ölkənin parlaq gələcəyinə xidmət etdiyini söyləmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-13 dekabr.-S.5.