Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının on birinci iclası keçirilmişdir

 

Dekabrın 11-də Moskvada Rusiya Federal Məclisi Federasiya Şurasının Azərbaycan Milli Məclisi ilə ikitərəfli parlamentlərarası komissiyasının on birinci iclası keçirilmişdir.

İclasda Milli Məclis Sədrinin müavini, parlamentlərarası komissiyanın həmsədri Valeh Ələsgərovun başçılığı ilə nümayəndə heyəti iştirak etmişdir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri Arif Rəhimzadə, Əli Hüseynli, parlamentin deputatları, habelə əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Vahid Qəhrəmanov daxil idilər. İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru İlqar Hacıyev iştirak etmişlər.

Rusiya Federal Şurası sədrinin müavini, komissiyanın Rusiya tərəfindən yeni seçilmiş həmsədri İlyas Umaxanov iclası açaraq bildirmişdir ki, komissiyanın 10-cu iclasından ötən bir il ərzində Azərbaycanda olduqca önəmli hadisə baş vermiş, Azərbaycan Prezidentinin seçkiləri keçirilmişdir. İ.Umaxanov komissiya üzvləri adından Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edərək demişdir: "Biz Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirak etdik və Azərbaycan xalqının İlham Əliyevi necə ürəkdən dəstəklədiyinin şahidi olduq".

İclasın gündəliyinə iki ölkə arasında əmək miqrasiyası sahəsində əməkdaşlıq haqqında, dəniz ticarət gəmiçiliyi gəmi nəqliyyatı sahəsində əməkdaşlıq haqqında, Azərbaycan gəmilərinin Rusiyanın daxili su yollarından keçməsi qaydaları şərtləri haqqında, Samur çayı üzərindəki avtomobil körpüsünün Azərbaycan-Rusiya dövlət sərhədindəki "Yaraq-Kazmalyar" (Rusiya) "Samur" (Azərbaycan) keçid məntəqəsi hissəsində təmir işlərinin aparılması haqqında, ölkəyə  gəlmə, ölkədən getmə ölkədə qalma qaydalarını pozmuş, habelə əcnəbi vətəndaşlığı olmayan şəxslərin qəbulu təhvil verilməsi haqqında sazişlərin digər sənəd layihələrinin müzakirəsi daxil edilmişdi.

İclasda qeyd olunmuşdur ki, Rusiyanın 40 subyekti ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Rusiya ilə Azərbaycan arasında 2012-ci ildə əmtəə dövriyyəsinin həcmi rekord həddə - 3,5 milyard dollara çatmışdır, bu isə 2011-ci illə müqayisədə 11 faiz çoxdur. Bu ilin yanvar-oktyabr ayları ərzində əmtəə dövriyyəsi 2,9 milyard dollar olmuşdur ki, bu da 2012-ci ilin müvafiq dövründəkindən 9 faiz çoxdur. İqtisadi sahədə əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya regionlararası forumlarının əhəmiyyəti vurğulanmışdır.

Komissiyanın həmsədri Valeh Ələsgərov qeyd etmişdir ki, Rusiya regionları rəhbərlərinin mütəmadi surətdə Azərbaycanda ikitərəfli görüşləri olur, Azərbaycan dövləti Azərbaycan diasporu ilə birlikdə Rusiya regionlarında quruculuq abadlıq işləri həyata keçirir. Eyni zamanda, Azərbaycan dövləti ölkəmizdə rus dilinə, rus mədəniyyətinə, rus dilində təhsilə böyük qayğı ilə yanaşır. Bu baxımdan Rusiya tərəfinin də Azərbaycanda fəaliyyət göstərən rus icmasının və mədəniyyət mərkəzlərinin inkişafına dəstək verməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.

İclasda Azərbaycan tərəfi Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsinin Rusiyaya aid hissəsinin təmirinin yubanması, habelə "Yaraq-Kazmalyar" məntəqəsində sənədlərin qeydiyyatının ləngidilməsinin vətəndaşların narazılığına səbəb olmasını komissiya üzvlərinin diqqətinə çatdırmışlar. Keçid məntəqəsinin Azərbaycana aid olan hissəsində "vahid pəncərə" sistemi tətbiq olunduğundan burada vətəndaşların və yük avtomobillərinin qeydiyyata alınmasında heç bir problem yaranmır. Komissiya üzvləri bu məsələnin Rusiyanın aidiyyəti orqanları ilə müzakirə olunmasını qərara almışlar.

İclasda müzakirə edilən digər mühüm məsələlərdən biri miqrasiya qanunvericiliyinin tətbiqi iki ölkənin miqrasiya qurumları arasında əlaqələrin genişləndirilməsi olmuşdur.

Rusiya Federal Miqrasiya Xidməti rəhbərinin birinci müavini  Yekaterina Yeqorova bu ölkədə miqrasiya qanunvericiliyi sahəsində həyata keçirilən yeniliklərdən danışmış, əmək miqrasiyası ilə bağlı statistik məlumatları səsləndirmişdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan vətəndaşlarının sərhəd keçid məntəqələrində üzləşdikləri problemlərdən danışaraq bildirmişdir ki, Rusiyada təhsil alan azərbaycanlı tələbələrin, yaxud ailə üzvlərindən birinin keçid məntəqələrində səbəbi aydınlaşdırılmadan saxlanması ya deportasiya olunması hallarına rast gəlinir. Bundan əlavə, Azərbaycan vətəndaşlığından çıxma və Rusiya vətəndaşlığını qəbul etmə proseslərində uyğunsuzluqlar yaranır.

Səfir qeyd etmişdir ki, iki ölkənin miqrasiya xidmətləri bu istiqamətdə daha sıx əməkdaşlıq etməlidirlər. Komissiya üzvləri miqrasiya qanunvericiliyi sahəsində maarifləndirmə işlərinin təşkili sahəsində fəaliyyət planının hazırlanmasını qərara almışlar.

İclasda iqtisadi, humanitar sosial sahələrdə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi ilə iki ölkənin vergi, gömrük miqrasiya qanunvericiliklərinin uyğunlaşdırılması, beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələrin möhkəmləndirilməsi digər məsələlər müzakirə olunmuşdur.

Sonda İlyas Umaxanov Federasiya Şurasının 20 illik yubileyi medalını Milli Məclis Sədrinin müavini, komissiyanın həmsədri Valeh Ələsgərova təqdim etmişdir.

 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

 

 

 

Moskva

Azərbaycan.-2013.-13 dekabr.-S.6.