«Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında» Azərbaycan
Respublikasının 2013-cü il 22 noyabr tarixli 827-IVQD nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 22 noyabr tarixli
827-IVQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində
Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"Azərbaycan Respublikasının
Vergi Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. üç ay müddətində Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının Vergi
Məcəlləsində dəyişiklik
edilməsi haqqında"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 dekabr 2013-cü il
Azərbaycan.-2013.-15
dekabr.-S.2.