«Dövlət rüsumu
haqqında» Azərbaycan
Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹12, maddə 740; 2002, ¹12, maddə 706; 2003, ¹1, maddə
23, ¹8, maddə 428, ¹12, I kitab,
maddələr 676, 698; 2005, ¹1, maddə 1, ¹6, maddə 462,
¹8, maddə 684, ¹10, maddələr
873, 905, ¹12, maddə 1083; 2006, ¹3, maddələr 223, 225, ¹6, maddə
481, ¹12, maddələr 1015, 1029; 2007, ¹2, maddə 80, ¹12, maddə
1203; 2008, ¹3, maddə 158, ¹6, maddə 462, ¹7, maddə
602, ¹12, maddə 1047; 2009, ¹1, maddə 5, ¹2, maddə 56,
¹3, maddə 160, ¹7, maddə
519, ¹12, maddə 947; 2010, ¹4, maddə 276, ¹6, maddə
485, ¹10, maddə 840, ¹11, maddə
939; 2011, ¹1, maddə 12, ¹4, maddələr
245, 264, ¹11, maddə 985, ¹12, maddə 1100; 2012, ¹1, maddə
4, ¹6, maddələr 508, 518, ¹7, maddə 646, ¹10, maddə
947, ¹12, maddələr 1216, 1227 və 1229; 2013, ¹3, maddə
213, ¹5, maddə 474) aşağıdakı
dəyişikliklər edilsin:
1. 27.2-ci
maddədə "mülkiyyət şəhadətnaməsinin"
sözləri "daşınmaz əmlakın dövlət
reyestrindən çıxarışın" sözləri
ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 27.4-cü
maddə əlavə edilsin:
"27.4. Daşınmaz əmlak
üzərində hüquqların "Daşınmaz əmlakın
dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu əsasında
dövlət qeydiyyatına alınanadək verilmiş
daşınmaz əmlak üzərində hüquqları təsdiq
edən aktlar, şəhadətnamələr
və qeydiyyat vəsiqələri əsasında
həmin hüquqların dövlət
reyestrində qeydiyyata alınması barədə,
hüquq sahibinin iradəsindən
asılı olmayan səbəbdən
daşınmaz əmlak obyektinin
ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən
buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar
daşınmaz əmlak üzərində mülkiyyət
hüquqlarının dövlət qeydiyyatına
alınması barədə dövlət reyestrindən
çıxarışın verilməsi üçün
dövlət rüsumu tutulmur.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
Azərbaycan $g 2013.- 15 dekabr.- S.2.