Bakıda «Virtual Qarabağ» İnformasiya-Kommunikasiya

Texnologiyaları Mərkəzinin ofisi açılmışdır

 

Dekabrın 14-də Bakıda "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisi açılmışdır.  AzərTAc xəbər verir ki, "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılmışdır.

Mərkəzin yaradılmasının əsas məqsədi Qarabağa dair    mərkəzləşdirilmiş internet resurs bazasının qurulmasıdır. "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasının digər məqsədi Azərbaycan Respublikasının Qarabağ bölgəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğunobyektiv məlumat verməkdir.

Azərbaycan Respublikasının Gənclər İdman, Rabitə İnformasiya Texnologiyaları nazirliklərinin dəstəyi ilə icra olunan "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması üzrə layihənin tərəfdaşları Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Qaçqın Məcburi Köçkün Gənclər Təşkilatı, "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası, "Sağlam İnkişaf Maarifləndirmə" Yeni Yazarlar Sənətçilər Qurumu ictimai birlikləridir.

Layihə çərçivəsində, həmçinin "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzinin rəsmi internet səhifəsi olan www.virtualkarabakh.az portalı da hazırlanmışdır. Portalın məqsədi Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.

Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, Qarabağla bağlı elektron kitab resurslarından istifadə etmək  məqsədi ilə elektron kitabxana, foto-video studiya, Qarabağın Ermənistan hərbi birləşmələri tərəfindən  işğal olunmuş rayonlarının adı ilə adlandırılmış otaqları fəaliyyət göstərir.

Qarabağ haqqında məlumatları səsləndirən "info adam" köşkü "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılış mərasimi iştirakçılarının xüsusi marağına səbəb olmuşdur. Mərkəzin ofisində Qarabağ xəritəsinin tavanda quraşdırılması maraqlı tərtibat kimi qiymətləndirilmişdir.

 "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin ofisinin açılış mərasimində çıxış edən layihənin əlaqələndiricisi, Gənclər İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd etmişdir ki, əsas məqsəd Qarabağı virtual çərçivəyə salmaq deyil, əksinə, Qarabağ həqiqətlərinin internet məkanında tanıdılmasına xidmət etməkdir.

N.Mehdiyev qeyd etmişdir ki, "Virtual Qarabağ" İnformasiya - Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi innovativ-kreativ formada Qarabağın tarixi, maddi-mənəvi, dini-mədəni dəyərləri, mədəniyyəti, tarixi abidələri, ədəbiyyatı, folkloru, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir sözlə, respublikamızın bu qədim bölgəsi haqqında olan məlumatların Azərbaycan dünyanın aparıcı dillərində mərkəzləşmiş internet-şəbəkə resursu kimi düşünülmüşdür. Əsas hədəflərimizdən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünyanın sülhsevər, ədalətli sakinlərinə çatdırılmasına töhfə verməkdir.

 

Azərbaycan.-2013.-15 dekabr.-S.4.