Avropaya inteqrasiya Beynəlxalq Gənclər Forumunun

 iştirakçıları Ombudsman Aparatında olmuşlar

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Avropaya inteqrasiya Beynəlxalq Gənclər forumu keçirmişdir.

AGAT-dan AzərTAc-a bildirilmişdir ki, forum iştirakçıları Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Aparatında olmuşlar.

Ombudsman Elmira Süleymanova ilə keçirilən görüşdə Azərbaycanda insan hüquqlarının qorunması, ölkəmizin bu sahədə konvensiyalara qoşulması barədə məlumat verilmiş, eyni zamanda, hüquqları pozulmuş qaçqın məcburi köçkünlər haqqında söhbət açılmış, Ermənistanın BMT qətnamələrinə əməl etməməsi təəssüflə qeyd olunmuşdur.

Xatırladaq ki, forumda Fransa, Almaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Polşa, İspaniya, Ukrayna, Gürcüstan Macarıstandan gənc fəallar iştirak etmişlər.

 

Azərbaycan.-2013.- 15 dekabr.- S.4.