Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ali dövləti vəzifənizdə uğurlar diləyirəm.

Bu il iyunun 27-də Bakıya səfərim zamanı Sizinlə keçirdiyim görüş Rumıniya-Azərbaycan münasibətlərinin dinamikasının artması baxımından böyük əhəmiyyət daşıyır. Apardığımız müzakirələr enerji və nəqliyyat sahələrini əhatə edən Strateji Tərəfdaşlığın əsasında iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsi üçün böyük imkanlar yaratmışdır. Həmin müzakirələr, eyni zamanda, Azərbaycanın Rumıniyaya yeni sərmayələr qoyması baxımından da böyük əhəmiyyətə malikdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Rumıniya Mərkəzi Asiya Avropa arasında malların daşınmasında tranzit potensialından istifadə etmək üçün Azərbaycan Respublikası ilə strateji tərəfdaşlığa böyük önəm verir. Qara dəniz və Xəzər dənizi arasında yükdaşıma nəqliyyat dəhlizi layihəsi buna əyani sübutdur.

Əminəm ki, bu birgə layihələr, o cümlədən Birgə İqtisadi Komissiyanın işinin yekunları iqtisadi münasibətlərimizin potensialından bəhrələnməyə töhfə verəcəkdir.

 

Bu xoş fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasındakı yüksək səviyyəli dialoq daha da inkişaf edəcəkdir.

Hörmətli cənab Prezident, əminəm ki, Rumıniya ilə Azərbaycan arasında münasibətlərin dinamik inkişafı bundan sonra da davam edəcəkdir.

 

 

Viktor PONTA,

Rumıniyanın Baş naziri

Azərbaycan.-2013.-14 dekabr.-S.1.