Qvineyada İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər

 Nazirləri Şurasının 40-cı sessiyası keçirilmişdir

 

Dekabrın 9-11-də Qvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının "Sivilizasiyalararası dialoq: Sülh davamlı inkişaf amili" mövzusunda 40-cı sessiyası keçirilmişdir.

İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, Elmar Məmmədyarov tədbirdə çıxış edərək diqqəti Azərbaycanın sivilizasiyalar mədəniyyətlərarası dialoqa töhfəsinə, İƏT ölkələri üzv dövlətlər ilə əməkdaşlığın inkişafı məsələlərinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü onun doğurduğu ağır fəsadlara cəlb etmişdir.

İclasın nəticəsi olaraq İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası tərəfindən qəbul edilmiş yekun Konakri bəyanatında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən dərhal çıxarılması tələb olunmuşdur.

Yekun bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi əsasında Bakıda İƏT-in Əmək Məsələləri üzrə Mərkəzinin yaradılması barədə qurumun 2013-cü il aprelin 25-26-da Bakıda keçirilmiş iclasında İƏT əmək nazirlərinin konfransının qəbul etdiyi qərar Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsi alqışlanmışdır.

2014-cü ilin noyabrında İƏT-ə üzv dövlətlərin inkişafında qadınların roluna dair nazirlər konfransının 5-ci sessiyasının Azərbaycanda keçirilməsi barədə qərar da yekun bəyanatda üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təqdir olunmuşdur.

İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında islam dininə aid tarixi mədəni izlərin ibadət ocaqlarının dağıdılması təhqir olunması" adlı qətnamələr qəbul edilmişdir.

Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan İƏT Xarici İşlər Nazirləri Şurasının qəbul etdiyi qətnamədə "Xocalıya ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapmışdır. Həmin bəndə əsasən İƏT-in üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən "Xocalıya ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırımı aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılır.

Xatırladaq ki, İƏT-in bu il fevralın 6-7-də Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş Zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində üzv ölkələrin dövlət hökumət başçıları 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı əməllərini insanlığa qarşı cinayət kimi qiymətləndirmiş bu soyqırımının milli beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar etmişlər.

 

Azərbaycan.-2013.-14 dekabr.-S.3.