Baş prokuror Zakir Qaralov Şirvan şəhərində vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Baş Prokurorluğundan AzərTAc-a bildirmişlər ki, vətəndaşların yerlərdə qəbulu ilə bağlı təsdiq edilmiş qrafikə uyğun olaraq baş prokuror Zakir Qaralov dekabrın 13-də Şirvan Şəhər  Prokurorluğunun inzibati binasında Şirvan şəhərindən, Hacıqabul, Salyan, Saatlı Sabirabad  rayonlarından olan  vətəndaşları qəbul etmişdir.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişdir.

Gün ərzində aparılmış qəbul zamanı baş prokuror 50-dək vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət təkliflərini nəzərdən keçirərək bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.

Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti elə yerindəcə öz həllini tapmış, prokurorluğun səlahiyyətlərinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə, regionda ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi kəsərliliyinin artırılması üçün konkret göstərişlər verilmiş, vətəndaşların müraciətlərinə tam ciddiliklə baxılması onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılmışdır.

               

Azərbaycan.-2013.-14 dekabr.-S.3.