İslamabad şəhərində keçirilən Asiya Parlament Assambleyasının 6-cı iclasında Azərbaycan Milli Məclisinin deputatları iştirak etmişlər

 

Pakistanın paytaxtı İslamabad şəhərində Asiya Parlament Assambleyasının (APA) 6-cı iclası keçirilmişdir. Tədbirdə Asiya qitəsinin 30-dan artıq ölkəsindən gəlmiş dövlət strukturlarının nümayəndələri deputatlar iştirak etmişlər.

İclasda Azərbaycanı Milli Məclisin deputatları Mübariz Qurbanlı Asəf Hacıyev təmsil etmişlər.

Tədbirdə region ölkələri arasında azad ticarətin stimullaşdırılması, mühacirlərin fələstinlilərin hüquqlarının qorunması, Əfqanıstanda sülh sabitliyin təmin edilməsi, qitə dövlətləri arasında müxtəlif səpkili mübahisələrin dinc yolla həlli digər aktual məsələlər müzakirə olunmuşdur.    

İclasında Asəf Hacıyev çıxış edərək gündəlikdə duran məsələlərlə bağlı fikirlərini bildirmiş, Asiyada sülh təhlükəsizliyin bərqərar olması üçün münaqişələrin həllinin vacibliyinə toxunmuşdur. A.Hacıyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat vermiş, Ermənistanın torpaqlarımızı işğal etməsi, nəticədə bir milyon azərbaycanlının öz torpağından didərgin salınması faktını diqqətə çatdırmış, Dağlıq Qarabağ münaqişəsinin qitədə sülhünsabitliyin bərqərar olmasına qarşı ən böyük təhlükələrdən biri olduğunu vurğulamışdır. O bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüququn norma və prinsiplər əsasında bərpa olunmalıdır. Milli Məclisin  deputatı Azərbaycanın aparıcı enerji ölkələrindən biri olduğunu bildirmiş, bununla yanaşı informasiya texnologiyalarının tətbiqinə də xüsusi önəm verdiyini diqqətə çatdırmışdır. Azərbaycan son illərdə davamlı iqtisadi inkişafa nail olmuş, yoxsulluğun səviyyəsi dəfələrlə aşağı düşmüş, Qafqazın lider dövlətinə çevrilmişdir.

APA-nın 6-cı plenar iclasının yekununda İslamabad Bəyannaməsi qəbul edilmişdir.

Assambleyanın növbəti iclasının Kambocada keçirilməsi qərara alınmışdır.

 

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

İslamabad

Azərbaycan.-2013.-11 dekabr.-S.6.