Ümummilli lider Heydər Əliyev Anadolu Universitetində anıldı

 

Türkiyənin Anadolu Universitetində dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatının onuncu ildönümü ilə bağlı mərasim keçirilmişdir. Mərasimdə Əskışəhərdə fəaliyyət göstərən Osman Qazi Universteti onun nəzdindəki  Heydər Əliyev Araşdırma Mərkəzinin, Əskişəhər valiliyinin, İstanbuldakı  Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi, Əskişəhər Azərbaycanlılar Dərnəyinin ictimaiyyətin nümayəndələri iştirak edirdilər.

Toplantının əvvəlində ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş ruhuna dualar oxunmuşdur. Sonra Azərbaycan Türkiyənin dövlət himnləri səslənmiş, ulu öndərin həyat fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunmuşdur.

Mərasimdə Osman Qazi Universitetinin professoru T.Əliyeva ulu öndərin zəngin həyat fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir. O demişdir ki, Heydər Əliyevin  siyasi irsi təkcə Azərbaycanda deyil, türk dünyasına məxsus sərvətdir. Odur ki, bu dahi siyasətçinun əziz xatirəsi Türkiyədə dünyada ehtiramla yad edilir.

Anadolu Universitetinin müəllimi professor Ələddin Şamilov çıxışında  Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə, sənayeyə verdiyi töhfələri dilə gətirdi, xalqın rifahı üçün gördüyü işlərdən söz açdı. Toplantıda Əskişəhər vali müavini Azmi Çelik, İstanbulda fəaliyyət göstərən Heydər Əliyev Fondunun Türkiyə təmsilçisi Ramil Agazadə, Anadolu Universitetinin müəllimləri  professor Vaqif Cəfərli, professor Məmmədaga Məmmədli, Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, Osman Qazi Universitetində fəaliyyət göstərən Türkiyə-Azərbaycan Gənclər Birliyinin sədri Elvin Əjdərli, Almaniyadan gələn türkolog Regina Höfer çıxış edərək Heydər Əliyev haqqında ürək sözlərini söyləmişlər.

Dünya şöhrətli ictimai siyasi xadim, türk dünyasının qəhrəman oglu Azərbaycan-Türkiyə arasında dostluq əməkdaşlıq körpüsünün qurucusu Heydər Əliyevin vəfatının 10 illiyi ilə əlaqədar Türkiyənin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr arasında şahmat yarışı keçirildi,  qaliblərə hədiyyələr təqdim olundu. 

 

 

Tamilla ƏLİYEVA,

"Azərbaycan"nın Türkiyə təmsilçisi

Əskişəhər

Azərbaycan.-2013.-14 dekabr.-S.4.