132-134 nömrəli Təhsil Kompleksində «Samsung Smart School» proqramı çərçivəsində elektron lövhə və planşetlərlə təmin olunmuş sinif istifadəyə verilmişdir

               

 

Dekabrın 13-də 132-134 nömrəli  Təhsil Kompleksində Təhsil Nazirliyi "Samsung Electronics" şirkətinin birgə dəstəyi ilə "Samsung Smart School" proqramı çərçivəsində elektron lövhə planşetlərlə təmin olunmuş sinif şagirdlərin istifadəsinə verilmişdir.

Təhsil Nazirliyindən bildirmişlər ki, mərasimdə  nazir müavini Ceyhun Bayramov, Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndəsi xanım Kim İn-Suk, "Samsung Electronics" şirkətinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sanq Pil Çan iştirak etmişlər.

Təhsil Kompleksində yaradılmış xüsusi sinif 35 planşet, 1 noutbuk, müvafiq proqram təminatı ilə bir-biri ilə əlaqəli olan interaktiv lövhə printerlə təchiz olunmuşdur.

C.Bayramov təmsil etdiyi qurumun adından Koreya Respublikası hökumətinə, bu ölkənin Azərbaycandakı səfirliyinə "Samsung Electronics" şirkətinə təşəkkür etmişdir.

Elektron lövhə planşetlərlə təmin olunmuş sinfin açılmasını yüksək dəyərləndirən nazir müavini korporativ sosial məsuliyyətə xüsusi önəm verən "Samsung Electronics" şirkətinin bu təşəbbüsünün təqdirəlayiq olduğunu söyləmişdir.

C.Bayramov qeyd etmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması çox əhəmiyyətlidir. Müasir, innovativ tədris metodlarının təcrübəyə gətirilməsi, İKT-dən təhsildə daha geniş istifadə müasir dərsi, çağdaş müəllimin fəaliyyətini şərtləndirən əsas amillərdir. Təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanması və innovativ idarəetmənin tətbiqi məsələləri də mühüm əhəmiyyət kəsb edir.

Ümumtəhsil məktəblərində informasiya-kommunikasiya texnologiyalarına dair xüsusi hazırlıq kurslarından keçmiş pedaqoji kadrların sayının ölkə üzrə 100 min nəfərdən çox olduğunu söyləyən nazir müavini bildirmişdir ki, təhsil müəssisələrində İKT əsaslı təlim metodologiyasına uyğun infrastrukturun inkişaf etdirilməsi prioritet məsələlərdəndir. Bu baxımdan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin internetlə, ümumi orta təhsil səviyyəsində hər bir şagirdin elektron dərsliklər yüklənmiş kompyuter-planşetlə təmin olunmasının nəzərdə tutulması mühüm əhəmiyyət kəsb edir.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn "Samsung Electronics" şirkətinin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sanq Pil Çan "Samsung Smart School" proqramının əhəmiyyətindən danışmış, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Təhsil Nazirliyinə təşəkkürlərini bildirmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-14 dekabr.-S.6.