Azərbaycan Prezidenti İlham Əliyevin və

 Monteneqro Prezidenti Filip Vuyanoviçin görüşü

 

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin görüşü olmuşdur.

 

Monteneqronun Prezidenti Filip Vuyanoviç yenidən Prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik etdi.

Dövlət başçısı öz növbəsində Filip Vuyanoviçi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, həyata keçirilən birgə layihələrin əhəmiyyəti qeyd olundu. Həmçinin görüşdə dekabrın 17-də Bakıda "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin önəmi vurğulandı, bu layihənin ölkələrimiz və region üçün böyük əhəmiyyət daşıdığı qeyd olundu.   

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.1.