«Sosial sığorta haqqında» Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

                       

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I-ci hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 348; 1999, ¹ 11, maddə 609; 2000, ¹ 11, maddə 776; 2001, ¹ 9, maddə 576, ¹ 12, maddələr 733, 736; 2002, ¹ 12, maddə 706; 2004, ¹ 7, maddə 505, ¹ 12, maddə 976; 2005, ¹ 1, maddə 2, ¹ 12, maddə 1082; 2006, ¹ 11, maddə 923, ¹ 12, maddə 1018; 2007,    ¹ 1, maddə 4, ¹ 12, maddə 1193; 2008, ¹ 2, maddə 49, ¹ 4, maddə 254, ¹ 6, maddə 462, ¹ 7, maddə 602; 2009, ¹ 12, maddə 970; 2010, ¹ 4, maddə 276, ¹ 11, maddə 949; 2011, ¹10, maddə 883) 15-ci maddəsinin on yeddinci abzasında "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri ", diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2013-cü il

Azərbaycan.-2013.-17 dekabr.-S.2.