Monteneqro Prezidenti Filip Vuyanoviç Azərbaycana səfərə gəlmişdir

 

Monteneqro Prezidenti Filip Vuyanoviç "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlmişdir.  Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqro Prezidenti Filip Vuyanoviçi hava limanında rəsmi şəxslər qarşıladılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.3.