Xorvatiyanın Baş naziri Zoran Milanoviç Azərbaycana səfərə gəlmişdir

 

Xorvatiya Respublikasının Baş naziri Zoran Milanoviç "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Xorvatiya Respublikasının Baş naziri Zoran Milanoviçi hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.3.