Albaniyanın Baş naziri Edi Rama Azərbaycana səfərə gəlmişdir

 

Albaniya Respublikasının Baş naziri Edi Rama "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak etmək üçün dekabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Albaniya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Albaniya Respublikasının Baş naziri Edi Ramanı hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-17 dekabr.-S.3.