Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilmişdir

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın rəsmi saytının yenilənmiş versiyası təqdim edilmişdir.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, www.leyla-aliyeva.az saytının yeni versiyasında Heydər Əliyev Fondunun vitse-prezidentinin çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri üzrə ətraflı məlumat verilir.

Sayta müraciət edənlər interaktiv xəritə vasitəsilə Leyla Əliyevanın səfərləri barədə məlumat ala bilərlər. İndi saytda Leyla Əliyevanın müxtəlif mətbu orqanlara verdiyi müsahibələr, habelə onun fəaliyyəti barədə materiallar təmsil olunmuşdur. Bu bölmədəki materiallar PDF formatında təklif olunur.

Bundan əlavə, saytda Leyla xanımın yaradıcılığı ilə də tanış ola bilərsiniz. "Yaradıcılıq" bölməsində Leyla xanım Əliyevanın şeirləri və rəsm əsərləri yerləşdirilmişdir.

"Fotoqalereya" bölməsində Leyla Əliyevanın şəxsi fotoşəkilləri və portretləri yer almışdır.

Videoqalereyada açılmış yeni bölmədə isə Azərbaycan haqqında videoçarxlar yerləşdirilmişdir.

 

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.-17 dekabr.-S.3.