Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Böyük Britaniya və
Şimali İrlandiya
Birləşmiş Krallığının xarici
işlər naziri Uilyam
Heyqi qəbul etmişdir
Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyqi qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə edildi, neft-qaz sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulandı. Dünyanın ən böyük enerji layihələrindən biri olan "Şahdəniz-2"nin Avropada və regionda əməkdaşlığın gücləndirilməsi baxımından önəmi qeyd edildi. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparıldı.
2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçiriləcəyinin vurğulandığı görüşdə yarışların yüksək səviyyədə təşkili istiqamətində ölkələrimiz arasında təcrübə mübadiləsi aparılmasının önəmi qeyd edildi.
Görüşdə
ikitərəfli, regional və beynəlxalq məsələlər
barədə fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 18 dekabr.- S.3.