Qətər Dövlətinin Əmiri əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə

 

Əlahəzrət!

Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qətər arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 dekabr 2013-cü il

Azərbaycan.-2013.- 18 dekabr.- S.4.