Bolqarıstan Respublikasının Baş naziri Plamin

 Orişarskinin Azərbaycana səfəri başa çatmışdır

 

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Bolqarıstan Respublikasının Baş naziri Plamin Orişarskinin Azərbaycan Respublikasına səfəri dekabrın 17-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bolqarıstan Respublikasının Baş nazirini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.               

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.