Monteneqro Prezidenti Filip Vuyanoviçin

 Azərbaycana səfəri başa çatmışdır

 

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Monteneqro Prezidenti Filip Vuyanoviçin Azərbaycan Respublikasına səfəri dekabrın 17-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Monteneqro Prezidentini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

 

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.