Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin

 Azərbaycana səfəri başa çatmışdır

 

"Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində iştirak edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Respublikasına səfəri dekabrın 17-də başa çatmışdır.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş nazirini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər yola saldılar.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 18 dekabr.- S.6.